Ən çox izlənən verilişlər

Suriya müharibəsinə Bakıdan baxış

“Azərbaycan həm regional, həm də qlobal əməkdaşlıq məkanına çevrilir. Bakıda Rusiya və ABŞ ordularının baş qərargah rəislərinin görüşləri keçirilib. Azərbaycan buna bənzər işlər görməklə, xoşməramlı diplomatiya yürütməklə Suriya məsələsində müəyyən qədər rol oynaya bilər”. Bunu Real TV-yə müsahibəsində Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. O bildirib ki, Azərbaycanın Suriyada baş verən hadisələrə təsir göstərə bilmək üçün ciddi təsir imkanları yoxdur. “Suriya məsələsində rəsmi Bakının hansısa düşərgənin tərəfdarı olması da düzgün olmazdı. Azərbaycan xoşməramlı diplomatiya yürüdərək hadisələrə müəyyən qədər təsir edə bilər. Məsələn, Suriya böhranında tərəfləri yaxınlaşdırmaq siyasət yürüdə bilər. Bu, ölkəmizin nüfuzunu da artıacaq. Bizim belə təcrübəmiz var. Bakıda Rusiya və ABŞ ordularının baş qərargah rəislərinin görüşləri keçirilib”, - deyə Tofiq Zülfüqarov bildirib.

Digər verilişlər