» » Türkiyə parlamenti Rusiyanın qaz borusu layihəsini dəstəklədi

Türkiyə parlamenti Rusiyanın qaz borusu layihəsini dəstəklədi

Türkiyə parlamenti Rusiyanın qaz borusu layihəsini dəstəklədiTürkiyə parlamentinin xarici əlaqələr komissiyası “Türk axını” qaz borusunun tikintisinə dair qanun layihəsini dəstəkləyib.

realtv.az-nin “Sputnik”ə istinadən verdiyi xəbərə görə, Rusiya-Türkiyə sazişinin ratifikasiyası haqqında qanun layihəsinin baş nazir Binəli Yıldırımın Moskvaya səfəri ərəfəsində təsdiqlənəcəyi gözlənilir. Xatırladaq ki, B.Yıldırımın 6-7 dekabr tarixlərində Rusiyaya səfəri planlaşdırılıb.
Layihə 2019-cu ilədək magistral qaz borusunun Qara dənizin dibi ilə iki xəttinin tikintisini nəzərdə tutur. Onlardan biri Türkiyə bazarı, digəri isə Türkiyə ərazisi üzərindən Avropa ölkələri üçün nəzərdə tutulub. Xəttin hər birinin ötürmə gücü 15,75 mlrd. kubmetr təşkil edəcək.

Qeyd edək ki, Rusiya 2014-cü ilin dekabrında Aİ-nin mövqeyi səbəbindən “Cənub axını” qaz borusu layihəsindən imtina edib. “Türk axını” layihəsi isə Rusiyaya məxsus “SU-24” təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra dondurulmuşdu. Türkiyə tərəfi bu ilin iyulunda insidentə görə üzrxahlıq etdikdən sonra danışıqlar bərpa edilib.
Oxşar xəbərlər

Şou-biznes

Kriminal
«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Ən çox oxunan / Ən son əlavə edilən
  1. FAIQ ƏHMƏDOVU ZORLAMADA İTTAHAM EDƏN QADIN HƏBS OLUNDU
  2. Zəhra qızıma təbrik!
  3. Yasamal rayonu 286 saylı məktəbdə " Ağla, qərənfil, ağla" adlı tədbir keçirilib.
  4. TQDK növbəti SAT imtahanı keçirəcək
  5. 150 ballıq tələbə təhsilə necə başağrısı olurdu...
  6. Alimlər məktəblərdə nümunəvi dərslər keçəcəklər
  7. Bu gün realtv.az-nin təsisçisi Lumu Aydin xanımın ad günüdü
  8. Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən çıxardı
  9. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir?
  10. Azərbaycanda orqan transplantasiyası üçün xüsusi klinikalar yaradılacaq
  11. Dövlət hesabına 4 milyon dərslik çap edilib
  12. Həsən Ruhani: "Astara-Astara dəmir yolunun birləşdirilməsi İran-Azərbaycan münasibətlərində yeni səhifə açacaq"
  13. Alimlər insan beyni hazırladı
  14. Gələcək nəsil nağd puldan istifadə etməyəcək
  15. Bakıda 25 yaşlı qız zəhərlənib.
  16. İnterpolun axtardığı rus məmur Azərbaycan pasportu ilə tutuldu
Mədəniyyət