» » Yadplanetlilər haqqında bilinməyənlər

Yadplanetlilər haqqında bilinməyənlər

Yadplanetlilər haqqında bilinməyənlərBaşqa planetlərdən Yer kürəsini ziyarət edən yadplanetlilər haqqında artıq qəti fikrə gəlməyin bəlkə də vaxtı çatıb. Bəzən yadplanetlilər haqqında danışanda, ya da onların araşdırılmasının vacibliyini vurğulayanda düşünürsən ki, məgər Yer kürəsinin problemləri bitdi ki, indi də UFO-larla maraqlanaq?!

Amma fakt odur ki, biz nə qədər onları uzaq tutmağa çalışsaq da, yadplanetlilər bizim həyatımızda vardırlar və bunu sübut edən faktları aydınlaşdırmaq hamı üçün də maraqlıdır. UFO-lar haqqında müxtəlif filmlər çəkilsə də, sənədli araşdırmalar aparılsa da, hələ də onların kimliyi və texnologiyası haqqında dəqiq fikir deyən yoxdur.

Qısası, UFO-ların arxasında gizlənən sirlərə çatmaq, baş verənlərə aydınlıq gətirmək üçün əlimizdə kifayət qədər bilgilər varmı?

Gümüşü boşqablar, gecə qaranlığında işıq saçan kürələri görmək belə onlar haqqında qəti fikir söyləməyimizə hələ də əsas vermir.

Bəlkə də dövlət sirri kimi saxlanılan bəzi məlumatlar var? Məsələn, 1980-ci ildə İngiltərə Hərbi Hava Qüvvələrinə məxsus qırıçı təyyarələrə gümüşü boşqabların izləməsi və onları vurub yerə endirilməsi haqqında əmr verildiyi haqqında söz-söhbət gəzdi, amma bunun sonu haqqında heç bir məlumat yoxdur.

Hər şeyə rəğmən maraq doğuran UFO-lar haqqında bir çox fərziyyə və fikirlər var ki, konkret olaraq təqdim edirik.

1. Yadplanetlilər adlandırdığımız başqa cür canlılar bəlkə də elə bizimlə eyni planeti paylaşır, ancaq onlar paralel dünyadan gəlir və orda zaman fərqlidr. Özlərini gizlətmələrinin səbəbi də bizim paralel dünyalararası keçiş texnikasını öyrənməməzi istəməmələridir.

Onların Yer kürəsinə gəlmələrinin səbəbi də dünyanın taleyindən narahat olması ilə bağlı ola bilər. Bu fikir İsaaq Asimovun “Tanrılar - altın kitablar” əsərində əsas xətt kimi götürülür.

2. İkinci bir versiya… UFO-ların və içindəki varlıqların gələcəkdəki bizlər olduğumuzdur. Yəni onlar gələcəyin zaman yolçuluğunu çözümləyən gələcəyin insanlarıdır. Eynən bizim heyvanlar üzərində apardığımız təcrübələr kimi, onlar da bizlərdən bəzilərini aparıb üzərində təcrübə aparır, sonra onları işarətləyərək nəzarətdə saxlayırlar. Tam olaraq üzə çıxmamalarının səbəbi də tarixi dəyişib ona təsir göstərmək istəməmələridir. Çünki biz onların keçmişiyik.

3. Dünya xaricindən, başqa bir ulduz sistemindən gələnlər ola bilər. Fəqət o zaman da inanılmaz bir sualla üzbəüz qalırıq. Bu da kainatda yolçuluq edə bilmənin imkansızlığıdır.

Biz elə bir sınırsız kainatdayıq ki, nəzəri və praktik olaraq ən sürətli texniki vasitələrlə bir yerdən başqa bir yerə getmək mümkün deyil. Ən yaxın Veqa ulduzuna getmək bizim səkkiz ilimizi ala bilər. Ümid ancaq xəyal gücünə qalır, bu da onların işıq sürətinə malik olan texnikaya sahib olmasıdır. Bu haqda ufoloqlar daha çəsarətlidir və “niyə də olmasın?” deyə bunun mümkünlüyü üzərində dayanırlar.

4. Psixologiyanın təməl adlarından olan Yunqun düşüncəsinə görə, UFO-lar bizim olmasını istədiyimiz varlıqlardır. Yəni onlar bizim təhtəlşüurumuzun məhsuludur, yaşananlar da insanların yaratdığı düşüncə formalarıdır.

Məsələn, David Aleksandr adlı franzıq səyyah 14 illik Tibet xatirələrində düşüncənin gücü ilə dönüşən rahiblərdən uzun-uzadı danışıb. Bir başqa fikirə görəsə UFO-lar insanların sosial baxışlarının və sürəkli pisə gedən dünyada sanki qurtarıcı varlıqlar kimi yaradılan düşünənin məhsullarıdır. Bura insanların qorxu və ümidləri də daxildir. Amma müəyyən vaxtlarda radarlarda görüntülənən UFO-lar bu düşüncəni o qədər də inadırıcı etmir.

5. Və nəhayət son ehtimal… Təbiət bizimlə oyun oynayır. Yəni UFO-lar atmosferin hələ öyrənə bilmədiyimiz özəlliklədir. Məsələn, zəlzələ bölgələrində işıq plazmalarının yarandığı bilinir və onlar doğurdan da müəyyən şeyləri əks etdirir.
Oxşar xəbərlər

Şou-biznes

Kriminal
«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Ən çox oxunan / Ən son əlavə edilən
  1. FAIQ ƏHMƏDOVU ZORLAMADA İTTAHAM EDƏN QADIN HƏBS OLUNDU
  2. Zəhra qızıma təbrik!
  3. Yasamal rayonu 286 saylı məktəbdə " Ağla, qərənfil, ağla" adlı tədbir keçirilib.
  4. TQDK növbəti SAT imtahanı keçirəcək
  5. 150 ballıq tələbə təhsilə necə başağrısı olurdu...
  6. Alimlər məktəblərdə nümunəvi dərslər keçəcəklər
  7. Bu gün realtv.az-nin təsisçisi Lumu Aydin xanımın ad günüdü
  8. Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən çıxardı
  9. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir?
  10. Azərbaycanda orqan transplantasiyası üçün xüsusi klinikalar yaradılacaq
  11. Dövlət hesabına 4 milyon dərslik çap edilib
  12. Həsən Ruhani: "Astara-Astara dəmir yolunun birləşdirilməsi İran-Azərbaycan münasibətlərində yeni səhifə açacaq"
  13. Alimlər insan beyni hazırladı
  14. Gələcək nəsil nağd puldan istifadə etməyəcək
  15. Bakıda 25 yaşlı qız zəhərlənib.
  16. İnterpolun axtardığı rus məmur Azərbaycan pasportu ilə tutuldu
Mədəniyyət