» » Dərinsulu Günəşli platforması işə salındı

Dərinsulu Günəşli platforması işə salındı

Dərinsulu Günəşli platforması işə salındıDərinsulu Günəşli platformasında aparılan profilaktik işlər proqramında nəzərdə tutulmuş bütün işlər sentyabrın 11-də uğurla və təhlükəsiz şəkildə başa çatdırılıb və platforma sentyabrın 12-də səhər saatlarında yenidən işə salınıb. Hazırda platformadan hasilat tədricən artırılaraq əvvəlki səviyyəyə çatdırılmaqdadır.

Qeyd edək ki, AÇG-nin illik iş proqramının bir hissəsi olaraq sentyabr ayında Dərinsulu Günəşli platformasının planlaşdırılmış dayandırılması proqramı həyata keçirilib.

realtv.az Trend-ə istinadən bildirir ki, plana əsasən, Dərinsulu Günəşli platformasından hasilat 2016-cı il sentyabr ayının 1-dən başlayaraq təxminən 11 gün ərzində dayandırılmışdı ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Bu işlər platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan istismar qabiliyyətini davam etdirməsi üçündür.

Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir. Bu proqramın hazırlığına 2015-ci ildən başlanmışdır və proqram üzrə həyata keçirilən işlər 2016-cı ilin illik iş proqramı və büdcəsinə daxil edilmişdir. Platformanın müvəqqəti dayandırılması həmçinin bu ilin hasilat planına da daxil edilib.

Digər platformalardan - Mərkəzi Azəri, Qərbi Azəri, Şərqi Azəri, Çıraq, Qərbi Çıraq və Şahdəniz paltformalarından hasilat, həmçinin Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz qaz Boru Kəməri və Qərb Marşrutu İxrac Boru Kəməri vasitəsilə ixrac əməliyyatları normal davam edəcək. Səngəçal terminalı da normal işləyəcək, həmçinin Ceyhan və Supsa terminallarında tankerlərin yüklənməsi və yola salınması cədvələ əsasən davam edəcək.

Bu planlaşdırılmış proqramlar müntəzəm aparılan inspeksiya, profilaktik işlər və layihənin yerinə yetirilməsi fəaliyyətləri üçündür. Onlar obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının bir hissədir və əsasən elə profilaktik təmir və modifikasiya işlərindən ibarət olur ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür.
Oxşar xəbərlər

Şou-biznes

Kriminal
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Ən çox oxunan / Ən son əlavə edilən
  1. FAIQ ƏHMƏDOVU ZORLAMADA İTTAHAM EDƏN QADIN HƏBS OLUNDU
  2. Zəhra qızıma təbrik!
  3. Yasamal rayonu 286 saylı məktəbdə " Ağla, qərənfil, ağla" adlı tədbir keçirilib.
  4. TQDK növbəti SAT imtahanı keçirəcək
  5. 150 ballıq tələbə təhsilə necə başağrısı olurdu...
  6. Alimlər məktəblərdə nümunəvi dərslər keçəcəklər
  7. Bu gün realtv.az-nin təsisçisi Lumu Aydin xanımın ad günüdü
  8. Dövlət hesabına 4 milyon dərslik çap edilib
  9. Həsən Ruhani: "Astara-Astara dəmir yolunun birləşdirilməsi İran-Azərbaycan münasibətlərində yeni səhifə açacaq"
  10. Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən çıxardı
  11. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir?
  12. Azərbaycanda orqan transplantasiyası üçün xüsusi klinikalar yaradılacaq
  13. Alimlər insan beyni hazırladı
  14. Gələcək nəsil nağd puldan istifadə etməyəcək
  15. Bakıda 25 yaşlı qız zəhərlənib.
  16. İnterpolun axtardığı rus məmur Azərbaycan pasportu ilə tutuldu
Mədəniyyət