» » Turizm sahəsində Türkiyənin təcrübəsindən istifadə etməkdə maraqlıyıq

Turizm sahəsində Türkiyənin təcrübəsindən istifadə etməkdə maraqlıyıq

Turizm sahəsində Türkiyənin təcrübəsindən istifadə etməkdə maraqlıyıqSentyabrın 9-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqunu səlahiyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib.

realtv.az Trend-ə istinadən bildirir ki, görüşdə iki ölkə arasında bütün sferalarda yaxın dostluq münasibətlərindən söhbət açılıb, mədəniyyət və turizm sahəsində əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi haqqında fikir mübadiləsi aparılıb.

Ə.Qarayev Azərbaycan və Türkiyə arasında olan əməkdaşlığı yüksək dəyərləndirib, turizm sahəsində yeni layihələrin həyata keçirilməsində qardaş ölkənin təcrübəsindən istifadə etməkdə maraqlı olduqlarını bildirib. Azərbaycan incəsənətinin, maddi-mədəni irsinin qorunması və təbliği, eləcə də digər sahələrdə əməkdaşlığın ölkələrimiz arasındakı münasibətlərdə mühüm amil olduğu vurğulanıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir İsmayıl Alper Coşqun iki ölkə arasında bundan sonra da əməkdaşlığın davamlı olacağına inamını ifadə edib.
Oxşar xəbərlər

Şou-biznes

Kriminal
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Ən çox oxunan / Ən son əlavə edilən
  1. FAIQ ƏHMƏDOVU ZORLAMADA İTTAHAM EDƏN QADIN HƏBS OLUNDU
  2. Zəhra qızıma təbrik!
  3. Yasamal rayonu 286 saylı məktəbdə " Ağla, qərənfil, ağla" adlı tədbir keçirilib.
  4. TQDK növbəti SAT imtahanı keçirəcək
  5. 150 ballıq tələbə təhsilə necə başağrısı olurdu...
  6. Alimlər məktəblərdə nümunəvi dərslər keçəcəklər
  7. Bu gün realtv.az-nin təsisçisi Lumu Aydin xanımın ad günüdü
  8. Dövlət hesabına 4 milyon dərslik çap edilib
  9. Həsən Ruhani: "Astara-Astara dəmir yolunun birləşdirilməsi İran-Azərbaycan münasibətlərində yeni səhifə açacaq"
  10. Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən çıxardı
  11. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir?
  12. Azərbaycanda orqan transplantasiyası üçün xüsusi klinikalar yaradılacaq
  13. Alimlər insan beyni hazırladı
  14. Gələcək nəsil nağd puldan istifadə etməyəcək
  15. Bakıda 25 yaşlı qız zəhərlənib.
  16. İnterpolun axtardığı rus məmur Azərbaycan pasportu ilə tutuldu
Mədəniyyət