» » FAIQ ƏHMƏDOVU ZORLAMADA İTTAHAM EDƏN QADIN HƏBS OLUNDU

FAIQ ƏHMƏDOVU ZORLAMADA İTTAHAM EDƏN QADIN HƏBS OLUNDU

  • 2-06-2016, 00:05
  • gundem
  • Oxunub: 2605
FAIQ ƏHMƏDOVU ZORLAMADA İTTAHAM EDƏN QADIN HƏBS OLUNDU

“Müstəqil –lider “ jurnalının baş redaktoru Faiq Əhmədovun EMTV.AZ-ın vasitəsilə KİV-ə müraciəti.
Rəsmi şəkildə bütün KİV-ə, müraciət edərək bildirirəm ki, 02.05.2014-cü il tarixində müxtəlif elektron saytlarda və informasiya vasitələrində “Vətəndaş və İnkişaf” qəzetinin “baş redaktor”u M.Şükürovanın və qızının adından dəqiqləşdirilməmiş, dezinformasiya xarakterli, işgüzar nüfuzuma xələl gətirən, konstitusion hüquqlarımı kobud şəkildə pozan, əxlaq və mənəviyyatımla bir araya sığmayan ağır cinayətdə ittiham olunmuşam. Guya mən tanımadığım, əvvəllər heç bir ünsiyyətim olmayan, kollektivimdə çalışmayan, özünü 13 yaşında qız uşağı kimi qələmə verən insanı zorlamağa cəhd etmişəm.
Buna görə də barəmdə yazılanları şantaj, iftira, böhtan, qərəzli və əvvəlcədən məqsədli şəkildə qurulmuş bir iş kimi qəbul edərək bütün bu ittihamları qətiyyətlə təkzib edirəm. Bildirirəm ki, barəmdə yazılanların heç bir hüquqi əsası və mənəvi dəlili yoxdur.
Beləki, mənə qarşı atılan böhtan xarakterli məlumatlarla əlaqədar ərizə ilə hüquq-mühafizə orqanlarına etdiyim müraciətimdən sonra aparılan araşdırmalar zamanı M.Sükürovanın ifadəsində göstərilən faktlar sübuta yetirilmədiyi üçün mənim barəmdə cinayət işinin baslanılması rədd edilərək 16 may 2014-cü il tarixdə xitam verilmişdir. Yasamal Rayon Polis İdarəsinin istintaq qrupuna rəhbərlik edən müstəntiq Əli Babayev tərəfindən isə xüsusi Qərar çıxarılmışdır..
Adı çəkilən reket qəzetin “baş redaktor”unun mənim, ailə üzvlərimin və kollektivimin ləyaqətinə, işgüzar nüfuzuna, mənəviyyatına atdığı böhtan və təhqirə, elektron KİV-də bilə-bilə yalan məlumatların yayılmağına və mənə qarşı apardığı böhtan xarakterli mütəşəkkil cinayət xarakterli işə görə AR CM-nin 147-ci,148-ci və 296-cı maddələrini və AR konstitusiyasının 67-ci maddəsinin tələblərini əlimdə rəhbər tutaraq, xüsusi ittiham qaydasında ərazi aidiyyatı üzrə öz adımdan və kollektivim adından vəkilim Azərbaycan Respublikasının Vəkillər kollegiyasının üzvü Mehman Abbasov tərəfindən 05.05.2014-cü il tarixində məhkəməyə verilərək M.Şükürova barəsində iki il həbs qəti-imkan tədbiri seçilmişdir.
Lakin hansı səbəbdənsə bəzi sosial şəbəkələr hələ də bu Qərara məhəl qoymayaraq, çirkin iddialarından əl çəkməmişdirlər. Bir daha AR. KİV-haqqında qanunun 10-cu maddəsini əldə rəhbər tutaraq sizdən xahiş edirəm ki, “Kütləvi informasiya azadlığı”ndan sui-istifadə hallarının qarşısının alınmasına son qoyasınız.
Dərin hörmətlə,
“Müstəqil Lider” jurnalının baş redaktoru Faiq Əhmədov.
Oxşar xəbərlər

Şou-biznes

Kriminal
«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Ən çox oxunan / Ən son əlavə edilən
  1. FAIQ ƏHMƏDOVU ZORLAMADA İTTAHAM EDƏN QADIN HƏBS OLUNDU
  2. Zəhra qızıma təbrik!
  3. Yasamal rayonu 286 saylı məktəbdə " Ağla, qərənfil, ağla" adlı tədbir keçirilib.
  4. TQDK növbəti SAT imtahanı keçirəcək
  5. 150 ballıq tələbə təhsilə necə başağrısı olurdu...
  6. Alimlər məktəblərdə nümunəvi dərslər keçəcəklər
  7. Bu gün realtv.az-nin təsisçisi Lumu Aydin xanımın ad günüdü
  8. Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən çıxardı
  9. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir?
  10. Azərbaycanda orqan transplantasiyası üçün xüsusi klinikalar yaradılacaq
  11. Dövlət hesabına 4 milyon dərslik çap edilib
  12. Həsən Ruhani: "Astara-Astara dəmir yolunun birləşdirilməsi İran-Azərbaycan münasibətlərində yeni səhifə açacaq"
  13. Alimlər insan beyni hazırladı
  14. Gələcək nəsil nağd puldan istifadə etməyəcək
  15. Bakıda 25 yaşlı qız zəhərlənib.
  16. İnterpolun axtardığı rus məmur Azərbaycan pasportu ilə tutuldu
Mədəniyyət