» » Ay it, çəkil yoldan

Ay it, çəkil yoldan

Ay it, çəkil yoldanOrta məktəbi ortabab oxuyanlar bilir ki, səkkizinci sinif biologiya dərsliyində təbiətdə canlılar arasında "qida zənciri" deyilən bir əlaqə mövcuddur. Bu zəncirə insan da aiddir, həm də lap üst eşalonda. Belə deyək, piramidanın lap təpəsində. Qida zəncirinın mahiyyəti belədir ki, böyüklər sağ qalmaqçün, yaşamaqçün, lap elə kefindən tutub balacaları yeyirlər. Təkcə yemirlər, onların başına istədikləri oyunu gətirirlər. Belə bir mübarizə eyni növün fərdləri arasında daha şiddətli olur. Sürü psixologiyasına sahib olan bizim cəmiyyətdə də eyni qanunlar hökm sürür.

Nümunəyə baxaq: Əli, Vəli və Pirvəli vardır. Üçü də insandır. Üçü də, məsələn,dediklərinə görə ədəbiyyatla məşğuldurlar. Əli - ütülü köynəyə, qalstuka, idarə kreslosuna malikdir və özünün olmayan maddi vəsaitlə hər yerdə tirajlanır. Vəli - köynəyini tez-tez dəyişir, qalstuku olsa da, ancaq Əli ilə görüşəndə istifadə etməyə ehtiyac duyur, kreslosunu öz maaşı ilə alıb, kitabını öz maaşı ilə çap etdirib. Pirvəli - təkcə maykası var, nənəsinin altmış il əvvəl cehiz gətirdiyi stulda oturub işləyir, əsərlərini qonorarsız çap edirlər.

Günlərin bir günü Pirvəli, Vəlinin yazısını oxuyub münasibət bildirir, üstəlik dili dinc dayanmadığına görə bir balaca da tənqid edir. Vəli bunu eşidən kimi cin atına minir, əliçatan bütün saytlarda Pirvəlini təhqir etməyə başlayır; onu tapıb döyəcəyini deyir. Bu dəm necə olursa, Vəlinin Əliyə hədiyyə göndərdiyi kitab haqqında Əli sosial şəbəkədə bir neçə cümləlik kəskin tənqidi fikirlər yazıb zəif əsər olduğunu deyir. Vəli, Pirvəlini yaddan çıxardır; Əlinin fikirlərindən sonra qürrələnir, yazdıqlarını ciddiyə almağa başlayır, hətta Əliyə xıtılanmaqçün bu biabırçı tənqidi öz xeyrinə istifadə də edir və ona belə bir mesaj yazır: "Əziz, dəyərli və sevimli Əli müəllim! Son tənqidinizdən sonra yazdığım romanların dördünü cırıb tulladım. İkisini isə təzədən yazmaq qərarına gəldim. Mən və mənim kimi Vəlilər Sizlərdən ilham alıb yazırırq. Sizin hər bir tənqidiniz mən və mənim kimi Vəlilərçün hava-su kimi vacibdir, Ustad!"

Söhbətimi burda kəsməyə ehtiyac duyuram. Nədən danışdığımı anladığınızı, oxuyarkən məşhur "eşşək-insan-palan" triosunu gözlərinizin qarşısında canlandırdığınızı, kimin döyüldüyünə şəxsən şahid olduğunuzu düşünürəm.

Bir hekayət də yadıma düşdü. Yəqin eşitmisiniz.

Deməli, bir gün avam, fağır, əfəl kəndlinin biri padşah gedəndən sonra camaatın qabağına çıxıb bəyan edib hər kəsi inandırmağa çalışır ki, bəs padşah şəxsən onunla gap elədi. Heç kəsin inanmağı gəlmir. Axırda kəndin ağsaqqalı bu adamdan soruşur ki:

- A bala, padşah sənnən nə söhbət elədi?

Kəndli də qayıdıb sevincək cavab verir:

- Padşahın atının yolunda dayanmışdım. Mənə dedi ki, "ay it, çəkil yoldan!"
Oxşar xəbərlər

Şou-biznes

Kriminal
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Ən çox oxunan / Ən son əlavə edilən
  1. FAIQ ƏHMƏDOVU ZORLAMADA İTTAHAM EDƏN QADIN HƏBS OLUNDU
  2. Zəhra qızıma təbrik!
  3. Yasamal rayonu 286 saylı məktəbdə " Ağla, qərənfil, ağla" adlı tədbir keçirilib.
  4. TQDK növbəti SAT imtahanı keçirəcək
  5. 150 ballıq tələbə təhsilə necə başağrısı olurdu...
  6. Dövlət hesabına 4 milyon dərslik çap edilib
  7. Bu gün realtv.az-nin təsisçisi Lumu Aydin xanımın ad günüdü
  8. Həsən Ruhani: "Astara-Astara dəmir yolunun birləşdirilməsi İran-Azərbaycan münasibətlərində yeni səhifə açacaq"
  9. Azərbaycanda orqan transplantasiyası üçün xüsusi klinikalar yaradılacaq
  10. Alimlər məktəblərdə nümunəvi dərslər keçəcəklər
  11. Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən çıxardı
  12. Bakıda 25 yaşlı qız zəhərlənib.
  13. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir?
  14. Alimlər insan beyni hazırladı
  15. Gələcək nəsil nağd puldan istifadə etməyəcək
  16. Muhteşem Yüzyıl Kösem 4. Bölüm
Mədəniyyət