» » Xalq artistinin yardıma ehtiyacı var

Xalq artistinin yardıma ehtiyacı var

Xalq artistinin yardıma ehtiyacı varXalq artisti, tanınmış diktor Sabir Ələsgərovun vəziyyəti yaxşılaşmağa doğru gedir. Bunu anspress-ə onun qızı Mehriban Ələsgərova deyib.

"Allaha çox şükür ki, hazırda bir az irəliləyiş var, atamın səhhəti yavaş-yavaş düzəlir. Hələ yanına buraxmırlar. Amma mən oradayam. Arada həkimlə əlaqə saxlayıram".

Mehriban xanım bildirdi ki, Sabir Ələsgərovun müalicəsi üçün tələb olunan maddi vəsaitin toplanması üçün sosial şəbəkədə elan verilsə də hələlik heç kim zəng edib maraqlanmayıb.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov isə anspress-ə bildirdi ki, qurum tezliklə xalq artistinin müalicəsi ilə maraqlanacaq. Vüqar Şıxməmmədov qeyd etdi ki, gün ərzində bu barədə məlumat veriləcək.

Xalq artisti Sabir Ələsgərovun səhhəti bir neçə gün öncə pisləşib. Onun böyrəklərində problem yaranıb və 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Sosial şəbəkədə xalq artistinə maddi kömək göstərmək üçün kampaniya başlayıb. M.Ələsgərova xalq artistinə maddi kömək etmək istəyənlərin 055-318-13-03, 050-550-08-71 nömrəli telefonla əlaqə saxlaya biləcəklərini deyib.
Oxşar xəbərlər

Şou-biznes

Kriminal
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Ən çox oxunan / Ən son əlavə edilən
  1. FAIQ ƏHMƏDOVU ZORLAMADA İTTAHAM EDƏN QADIN HƏBS OLUNDU
  2. Zəhra qızıma təbrik!
  3. Yasamal rayonu 286 saylı məktəbdə " Ağla, qərənfil, ağla" adlı tədbir keçirilib.
  4. TQDK növbəti SAT imtahanı keçirəcək
  5. 150 ballıq tələbə təhsilə necə başağrısı olurdu...
  6. Alimlər məktəblərdə nümunəvi dərslər keçəcəklər
  7. Bu gün realtv.az-nin təsisçisi Lumu Aydin xanımın ad günüdü
  8. Dövlət hesabına 4 milyon dərslik çap edilib
  9. Həsən Ruhani: "Astara-Astara dəmir yolunun birləşdirilməsi İran-Azərbaycan münasibətlərində yeni səhifə açacaq"
  10. Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən çıxardı
  11. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir?
  12. Azərbaycanda orqan transplantasiyası üçün xüsusi klinikalar yaradılacaq
  13. Alimlər insan beyni hazırladı
  14. Gələcək nəsil nağd puldan istifadə etməyəcək
  15. Bakıda 25 yaşlı qız zəhərlənib.
  16. İnterpolun axtardığı rus məmur Azərbaycan pasportu ilə tutuldu
Mədəniyyət