» » İlhamə Quliyeva vəfat edib - YENİLƏNİB

İlhamə Quliyeva vəfat edib - YENİLƏNİB

İlhamə Quliyeva vəfat edib - YENİLƏNİB14:11

"Biz ora çatanda İlhamə Quliyeva artıq 20-25 dəqiqə olardı ki, ölmüşdü".

Bunu lent.az-a açıqlamasında İlhamə Quliyeva ilə əlaqədar çağırışa gedən Mərkəzi Neftçilər Xəstəxanasının təcili tibbi yardım briqadasının həkimi Asif Qarayev deyib.

A.Qarayev bildirib ki, saat 10:30 radələrində Mərkəzi Neftçilər Xəstəxanasının təcili tibbi yardımına çağırış daxil olub: "Biz gedəndə artıq ölmüşdü. Heç bir şey edə bilmədik. Köməkçisinin dediyinə görə, 20-25 dəqiqə olardı ki, keçinmişdi. Tam dəqiq diaqnoz ekspertizadan sonra bilinəcək".

---------

13:31

Hazırda prokurorluq hadisə yerində ekpertiza aparır .

Hazırda İlhamə Quliyevanın dünyasını dəyişdiyi evin önündə olan jurnalistlərə açıqlama verən Əli Mirəliyev deyib ki, xalq artisti ürək çatışmazlığından vəfat edib. Müğənni deyib ki, səhər saatlarında vəziyyəti pisləşən İ.Quliyevanın üzərinə təcili yardım çağırılıb. Lakin həkimlər onu həyata qaytara bilməyiblər. Hazırda prokurorluq əməkdaşlarının olay yerinə gəlib ekspertiza aparmaları gözlənilir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən də lent.az-a bildirilib ki, bu gün İ.Quliyevanın köməkçisi təcili yardıma zəng edib. Səhər saat 10:30-da təcili yardım maşını İ.Quliyevanın evinə çatıb. Onun ölümü ilə bağlı ilkin olaraq ürək çatışmazlığı diaqnozu qoyulub.

--------

12:46

"Report"un xəbərinə görə, Azərbaycanın xalq artisti İlhamə Quliyeva dünyasını dəyişməsi faktını Səhiyyə Nazirliyinin mətbuat xidməti təsdiqləyib.

----------

12:35

Xalq artisti İlhamə Quliyeva dünyasını dəyişib.

Bu barədə lent.az-a onun qohumu, müğənni Əli Mirəliyev məlumat verib. Xalq artistinin telefon nömrəsinə zəng edən lent.az əməkdaşına Əli Mirəliyev cavab verib. O belə deyib: "İlhamə xanım artıq yoxdur".

---------

12:21

Azərbaycanın xalq artisti İlhamə Quliyeva bu saatlarda vəfat edib.

Bu barədə məlumatı Sputnik-in hadisə yerində olan müxbiri də təsdiqləyib.

Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Stansiyasından Sputnik-ə bildiriblər ki, onlara bu barədə çağırış 2 saat əvvəl daxil olub və onun vəfatı təsdiqlənib. Yaxın dəqiqələrdə xalq artistinin ölümünün səbəbləri açıqlanacaq.

Sputnik əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, xalq artistinin yaxınları onun İ.Qutqaşınlı küçəsindəki evinə axışmağa başlayıblar.

Qeyd edək ki, İ.Quliyeva son vaxtlar müxtəlif xəstəliklərdən əziyyət çəkirdi. Ən son olaraq adı köməkçisinə qarşı qeyri-qanuni hərəkətlərə yol verməkdə və məhkəmə qalmaqallarında hallanırdı. O, özü isə səhhətində yaranmış problemlərə görə keçmiş köməkçisi Mehriban Hüseynovanı günahlandırırdı.
Oxşar xəbərlər

Şou-biznes

Kriminal
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Ən çox oxunan / Ən son əlavə edilən
  1. FAIQ ƏHMƏDOVU ZORLAMADA İTTAHAM EDƏN QADIN HƏBS OLUNDU
  2. Zəhra qızıma təbrik!
  3. Yasamal rayonu 286 saylı məktəbdə " Ağla, qərənfil, ağla" adlı tədbir keçirilib.
  4. TQDK növbəti SAT imtahanı keçirəcək
  5. 150 ballıq tələbə təhsilə necə başağrısı olurdu...
  6. Alimlər məktəblərdə nümunəvi dərslər keçəcəklər
  7. Bu gün realtv.az-nin təsisçisi Lumu Aydin xanımın ad günüdü
  8. Dövlət hesabına 4 milyon dərslik çap edilib
  9. Həsən Ruhani: "Astara-Astara dəmir yolunun birləşdirilməsi İran-Azərbaycan münasibətlərində yeni səhifə açacaq"
  10. Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən çıxardı
  11. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir?
  12. Azərbaycanda orqan transplantasiyası üçün xüsusi klinikalar yaradılacaq
  13. Alimlər insan beyni hazırladı
  14. Gələcək nəsil nağd puldan istifadə etməyəcək
  15. Bakıda 25 yaşlı qız zəhərlənib.
  16. İnterpolun axtardığı rus məmur Azərbaycan pasportu ilə tutuldu
Mədəniyyət