» » Üzeyir Hacıbəyliyə həsr olunmuş konsert təşkil olunub

Üzeyir Hacıbəyliyə həsr olunmuş konsert təşkil olunub

Üzeyir Hacıbəyliyə həsr olunmuş konsert təşkil olunubFevralın 22-də Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert Salonunda Rafiq Babayev adına 25 saylı 11 illik Musiqi Məktəbi şagirdlərinin Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş konserti təşkil olunub.

Tədbiri açıq elan Azərbaycan Bəstəkarlar İttifaqınını sədri, xalq artisti, professor Firəngiz Əlizadə bu cür tədbirlərin sözü gedən məkanda təşkil olunmasının ənənə halı aldığını qeyd edib və bildirib ki, gənc nəslə qayğının göstərilməsi ABİ fəaliyyətinin ana xəttini təşkil edir.

Daha sonar çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Zemfira Qafarova da gənc musiqiçilərə uğurlar arzulayıb. Sonra söz musiqiyə verilib. Tədbir iştirakçıları Rafiq Babayev adına 25 saylı 11 illik Musiqi Məktəbinin şagirdlərinin ifasında Üzeyir Hacıbəylinin "Ey vətən" əsərinin, "Arşın mal malan" musiqili komediyasından "Üvertüra"nı, "Əsgərin ariyası"nı, "Sevgili canan" romansını, "Arşın mal malan" musiqili komediyasından Gülçöhrənin ariyasını dinləyiblər.

Konsertdə həmçinin məktəbin kiçik simfonik orkestrinin müşayiəti ilə "Koroğlu" operasının "Üvertüra"sı, "Aşıqsayağı", o cümlədən bəstəkar Vasif Allahverdiyevin "Qarabağ balladası" ifa olunub.
Oxşar xəbərlər

Şou-biznes

Kriminal
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Ən çox oxunan / Ən son əlavə edilən
  1. FAIQ ƏHMƏDOVU ZORLAMADA İTTAHAM EDƏN QADIN HƏBS OLUNDU
  2. Zəhra qızıma təbrik!
  3. Yasamal rayonu 286 saylı məktəbdə " Ağla, qərənfil, ağla" adlı tədbir keçirilib.
  4. TQDK növbəti SAT imtahanı keçirəcək
  5. 150 ballıq tələbə təhsilə necə başağrısı olurdu...
  6. Alimlər məktəblərdə nümunəvi dərslər keçəcəklər
  7. Bu gün realtv.az-nin təsisçisi Lumu Aydin xanımın ad günüdü
  8. Dövlət hesabına 4 milyon dərslik çap edilib
  9. Həsən Ruhani: "Astara-Astara dəmir yolunun birləşdirilməsi İran-Azərbaycan münasibətlərində yeni səhifə açacaq"
  10. Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən çıxardı
  11. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir?
  12. Azərbaycanda orqan transplantasiyası üçün xüsusi klinikalar yaradılacaq
  13. Alimlər insan beyni hazırladı
  14. Gələcək nəsil nağd puldan istifadə etməyəcək
  15. Bakıda 25 yaşlı qız zəhərlənib.
  16. İnterpolun axtardığı rus məmur Azərbaycan pasportu ilə tutuldu
Mədəniyyət