» » Vergilər Nazirliyində yeni idarə yaradıldı.

Vergilər Nazirliyində yeni idarə yaradıldı.

Vergilər Nazirliyində yeni idarə yaradıldı.Vergilər Nazirliyində Vergi risklərinin təhlili və nəzarəti baş idarəsi yaradılıb. İlkin Vəliyev idarəyə rəhbər təyin edilib. Bunu Trend-ə Vergilər Nazirliyindən deyiblər.

İ.Vəliyev daha əvvəl İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsinin rəisi vəzifəsini tutub. Hazırda bu vəzifə vakant qalır.

Beynəlxalq münasibətlər və maliyyə institutlarında vergi monitorinqi baş idarəsinin rəisi də dəyişdirilib. İdarəyə Orxan Musayev rəhbər təyin edilib. O.Musayev bu struktur bölməsində rəis müavini işləyib. Bu idarənin əvvəlki rəhbəri Ələkbər Məmmədov hazırda Vergilər Nazirliyinin Tədris və insan resurslarının inkişafı sahələri üzrə nazirin müşaviridir.

Struktur dəyişiklikləri çərçivəsində İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsi, eləcə də Vergi auditi və operativ nəzarət baş idarəsi indi idarələrə çevriliblər. Vergi auditi və operativ nəzarət idarəsinin rəisi əvvəlki kimi Toğrul Quliyevdir.
Oxşar xəbərlər

Şou-biznes

Kriminal
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Ən çox oxunan / Ən son əlavə edilən
  1. FAIQ ƏHMƏDOVU ZORLAMADA İTTAHAM EDƏN QADIN HƏBS OLUNDU
  2. Zəhra qızıma təbrik!
  3. Yasamal rayonu 286 saylı məktəbdə " Ağla, qərənfil, ağla" adlı tədbir keçirilib.
  4. TQDK növbəti SAT imtahanı keçirəcək
  5. 150 ballıq tələbə təhsilə necə başağrısı olurdu...
  6. Alimlər məktəblərdə nümunəvi dərslər keçəcəklər
  7. Bu gün realtv.az-nin təsisçisi Lumu Aydin xanımın ad günüdü
  8. Dövlət hesabına 4 milyon dərslik çap edilib
  9. Həsən Ruhani: "Astara-Astara dəmir yolunun birləşdirilməsi İran-Azərbaycan münasibətlərində yeni səhifə açacaq"
  10. Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən çıxardı
  11. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir?
  12. Azərbaycanda orqan transplantasiyası üçün xüsusi klinikalar yaradılacaq
  13. Alimlər insan beyni hazırladı
  14. Gələcək nəsil nağd puldan istifadə etməyəcək
  15. Bakıda 25 yaşlı qız zəhərlənib.
  16. İnterpolun axtardığı rus məmur Azərbaycan pasportu ilə tutuldu
Mədəniyyət