» » “İmtihan götürən müəllimlər peşəkar deyil”

“İmtihan götürən müəllimlər peşəkar deyil”

“İmtihan götürən müəllimlər peşəkar deyil”Jurnalistikaya qabiliyyət imtahanından az sayda abituriyentin keçməsi bu vasitənin özünü doğrultmadığını göstərdi.

Axar.az xəbər verir ki, bu fikri Bakı Dövlət Universitetinin (BDU) Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli deyib. Kafedra müdiri “Report”a bildirib ki, ötən il qabiliyyət imtahanından az sayda abituriyentin keçməsinin təsadüf olduğunu hesab edib:

“Bu il də eyni vəziyyət yarandı və bu halın təsadüf olmadığını düşünürəm. Nöqsanlardan ən başlıcası imtahan götürən adamların pedaqoji peşəkarlığının olmamasıdır. İmtahan götürən insanlar jurnalistikaya həvəslə gələn abituriyentlərdən çox yüksək, az qala özlərinin səviyyəsində peşəkarlıq tələb edirlər. Bu fikri ötən il səsləndirdiyimiz üçün elə bilirdik ki, TQDK imtahan prosesində müəyyən dərəcədə dəyişiklik edəcək”.

C.Məmmədli təklif edib ki, qaydaların üzərində yenidən işlənməlidir:

“Əgər mümkün deyilsə, növbəti ildən qabiliyyət imtahanı tamamilə götürülsün”.

Bu il qabiliyyət imtahanında iştirak etmək hüququ qazanmış 341 abituriyentdən 178 nəfəri ümumiyyətlə imtahana gəlməyib. İmtahanda iştirak edən 163 abituriyentdən isə cəmi 57 nəfəri məqbul qiymət alıb. Onlardan 51 nəfəri Azərbaycan, 6 nəfəri isə rus bölməsinin abituriyentidir.
Oxşar xəbərlər

Şou-biznes

Kriminal
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Ən çox oxunan / Ən son əlavə edilən
  1. FAIQ ƏHMƏDOVU ZORLAMADA İTTAHAM EDƏN QADIN HƏBS OLUNDU
  2. Zəhra qızıma təbrik!
  3. Yasamal rayonu 286 saylı məktəbdə " Ağla, qərənfil, ağla" adlı tədbir keçirilib.
  4. TQDK növbəti SAT imtahanı keçirəcək
  5. 150 ballıq tələbə təhsilə necə başağrısı olurdu...
  6. Alimlər məktəblərdə nümunəvi dərslər keçəcəklər
  7. Dövlət hesabına 4 milyon dərslik çap edilib
  8. Bu gün realtv.az-nin təsisçisi Lumu Aydin xanımın ad günüdü
  9. Həsən Ruhani: "Astara-Astara dəmir yolunun birləşdirilməsi İran-Azərbaycan münasibətlərində yeni səhifə açacaq"
  10. Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən çıxardı
  11. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir?
  12. Azərbaycanda orqan transplantasiyası üçün xüsusi klinikalar yaradılacaq
  13. Alimlər insan beyni hazırladı
  14. Gələcək nəsil nağd puldan istifadə etməyəcək
  15. Bakıda 25 yaşlı qız zəhərlənib.
  16. İnterpolun axtardığı rus məmur Azərbaycan pasportu ilə tutuldu
Mədəniyyət