» » Ukraynanın qərarı Azərbaycanda veriləcək

Ukraynanın qərarı Azərbaycanda veriləcək

Ukraynanın qərarı Azərbaycanda veriləcəkAzərbaycan, Gürcüstan və Qazaxıstan dəmiryolu konsorsiumunun yaradılmasına dair razılığa gəlib.

realtv.az anspress-ə in istinadən bildirir ki, qərar Tiflisdə keçirilən üçtərəfli görüş zamanı qəbul olunub. Əsas müzakirə mövzusu Transxəzər beynəlxalq tranzit marşrutu olan görüşdə bildirilib ki, yaradılacaq yeni dəmiryolu qurumu yüklərin Çin limanlarından Batumi limanına, oradan isə Türkiyə və Avropaya hərəkətini təmin edəcək.

Qazaxıstan baş nazirinin müavini Bakitjan Sagintayev qeyd edib ki, bu hamı üçün olduqca sərfəli marşrutdur və belə bir konsorsiumun yaradılmasında hamımız maraqlıyıq. Ümumilikdə Ukrayna - Gürcüstan - Azərbaycan - Qazaxıstan - Çin nəqliyyat dəhlizi yeni canlandığı üçün iştirakçı dövlətlər arasında yüklərin daşınması ilə bağlı bəzi məsələlər müzakirə mövzusudur.

Bu səbəbdən fevralın 20-də Ukrayna, Gürcüstan, Azərbaycan və Qazaxıstan dəmir yolu strukturlarının rəhbərləri Bakıda toplaşacaqlar. TRASEKA-nın milli katibi Akif Mustafayevin sözlərinə görə, görüşdə əsas müzakirə mövzularından biri tariflərin endirilməsi ola bilər.

"Rəsmi Kiyev Rusiya ərazisindən istifadə etdikdə 5 min dollar pul ödəyirdi".

"Ukrayna tərəfi güzəştli tariflər xahiş edir. Rəsmi Kiyev Rusiya ərazisindən istifadə etdikdə 5 min dollar pul ödəyirdi. Buna görə də dörd ölkənin dəmir yolu rəhbərləri, Xəzər Dəniz Gəmiçiliyi və Bakı Dəniz Limanın rəhbərləri arasında tariflərin endirilməsi ilə bağlı ortaq məxrəcə gəlməlidirlər. Ola bilsin ki, imzalanması nəzərdə tutulan protokol bütün suallara tam cavab verməsin. Çünki müəyyən müddət prosedurların sadələşdirilmə prosesi davam etdiriləcək. Yəqin ki, yaxın gələcəkdə Ukraynanın arzuladığı tariflər tətbiq ediləcək", -deyə TRASEKA rəsmisi qeyd etdi.

TRASEKA rəsmisi bildirdi ki, Ukraynada gələn ikinci qatarın çoxu Türkmənistanın Türkmənbaşı limanına göndərildi. "Yalnız 1 vaqon Qazaxıstananın Aktau limanına yola salındı. Bununla məsafə, güzəştlər və prosedurlar baxımından Qazaxıstanın və ya Türkmənistanın daha sərfəli marşrut olduğu müəyyən edilə bilər. Azərbaycan bu məsələlərdə Qazaxıstanla daha yaxından işləyir. Amma Bakıya məsafə baxımından Türmənbaşı limanı Aktaudan 2 dəfə yaxındır. Hansı dövlət daha çox şərait yaradıb, güzəştlər tətbiq etsə, yüklər həmin marşrut üzə daşına bilər. Bu, həmçinin rəqabət mühitinin yaradılması ilə nəticələnər", - Akif Mustafayev bildirdi.

Adıçəkilən marşrut üzrə ilk sınaq qatarı yanvarın 15-də Ukraynanın İlyiçovsk limanından yola çıxıb. Yanvarın 22-də Bakının Ələt, yanvarın 23-də isə Aktau limanına çatıb. 20 vaqondan ibarət sınaq qatarı İlyiçovsk limanından "İpək yolunun" yeni marşrutu üzrə Ukrayna - Qara dəniz - Gürcüstan - Azərbaycan - Xəzər dənizini - Qazaxıstan - Çin keçərək yanvarın 31-də Çinin "Dostık" stansiyasına çatıb.

Bu nəqliyyat dəhlizi Azərbaycan üçün də böyük əhəmiyyətə malikdir. Yəqin ki, iştirakçı dövlətlər ortaq məxrəcə gəlib bütün suallara cavab tapacaqlar. Burada əsas məsələlərdən biri də nəqliyyat dəhlizinin effektivliyinin saxlanılmasıdır. Elə bir güzəştlər tətbiq edilməlidir ki, Ukrayna və Rusiya arasında münasibətləri bərpa olunduğu zaman nəqliyyat dəhlizinin əhəmiyyəti itməsin. Bunun üçün əsasən tariflərdə və xüsusilə də keçid məntəqələrində prosedurlar daha da sadələşdirilməlidir. Amma bu güzəştlər Azərbaycanaın maraqlarına zidd olmamalıdır.
Oxşar xəbərlər

Şou-biznes

Kriminal
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Ən çox oxunan / Ən son əlavə edilən
  1. FAIQ ƏHMƏDOVU ZORLAMADA İTTAHAM EDƏN QADIN HƏBS OLUNDU
  2. Zəhra qızıma təbrik!
  3. Yasamal rayonu 286 saylı məktəbdə " Ağla, qərənfil, ağla" adlı tədbir keçirilib.
  4. TQDK növbəti SAT imtahanı keçirəcək
  5. 150 ballıq tələbə təhsilə necə başağrısı olurdu...
  6. Alimlər məktəblərdə nümunəvi dərslər keçəcəklər
  7. Bu gün realtv.az-nin təsisçisi Lumu Aydin xanımın ad günüdü
  8. Dövlət hesabına 4 milyon dərslik çap edilib
  9. Həsən Ruhani: "Astara-Astara dəmir yolunun birləşdirilməsi İran-Azərbaycan münasibətlərində yeni səhifə açacaq"
  10. Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən çıxardı
  11. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir?
  12. Azərbaycanda orqan transplantasiyası üçün xüsusi klinikalar yaradılacaq
  13. Alimlər insan beyni hazırladı
  14. Gələcək nəsil nağd puldan istifadə etməyəcək
  15. Bakıda 25 yaşlı qız zəhərlənib.
  16. İnterpolun axtardığı rus məmur Azərbaycan pasportu ilə tutuldu
Mədəniyyət