» » Komitə sədri İran səfirinə dini radikallarla mübarizədən danışdı

Komitə sədri İran səfirinə dini radikallarla mübarizədən danışdı

Komitə sədri İran səfirinə dini radikallarla mübarizədən danışdıDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayini qəbul edib.

DQİDK-dan Milli.Az-a verilən məlumata görə, görüşdə M. Qurbanlı Azərbaycanla İran arasında tarixən mövcud olan qardaşlıq münasibətlərindən bəhs edərək, əlaqələrin inkişafında Heydər Əliyevin xüsusi rolunun olduğunu, hazırda bu siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib.

O, iki ölkə arasında din sahəsində də əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Azərbaycanda dövlət-din münasibətlərinin mükəmməl formada qurulduğunu, məzhəblər arasında heç bir ayrı-seçkiliyin mövcud olmadığını önə çəkən komitə sədri ölkəmizin dünyaya tolerantlıq nümunəsi sərgilədiyini diqqətə çatdırıb. O bildirib ki, Azərbaycanda radikal dini qruplara qarşı ciddi mübarizə aparılır, ölkəmizdə bu cür qrupların sosial bazası mövcud deyil.

Azərbaycan - İran arasında etimad və dostluq münasibətlərinin bundan sonra da davam edəcəyini deyən səfir qarşılıqlı səfərlərin təşkilində, dini radikalizm və ekstremizmlə mübarizə çərçivəsində birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirib. Səmimi qəbula görə minnətdarlıq edən M. Pakayin bu cür görüşlərin ölkələrimiz arasında münasibətlərin daha yüksək xətlə inkişaf etməsinə töhfə verəcəyini ifadə edib.
Oxşar xəbərlər

Şou-biznes

Kriminal
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Ən çox oxunan / Ən son əlavə edilən
  1. FAIQ ƏHMƏDOVU ZORLAMADA İTTAHAM EDƏN QADIN HƏBS OLUNDU
  2. Zəhra qızıma təbrik!
  3. Yasamal rayonu 286 saylı məktəbdə " Ağla, qərənfil, ağla" adlı tədbir keçirilib.
  4. TQDK növbəti SAT imtahanı keçirəcək
  5. 150 ballıq tələbə təhsilə necə başağrısı olurdu...
  6. Dövlət hesabına 4 milyon dərslik çap edilib
  7. Bu gün realtv.az-nin təsisçisi Lumu Aydin xanımın ad günüdü
  8. Həsən Ruhani: "Astara-Astara dəmir yolunun birləşdirilməsi İran-Azərbaycan münasibətlərində yeni səhifə açacaq"
  9. Azərbaycanda orqan transplantasiyası üçün xüsusi klinikalar yaradılacaq
  10. Alimlər məktəblərdə nümunəvi dərslər keçəcəklər
  11. Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən çıxardı
  12. Bakıda 25 yaşlı qız zəhərlənib.
  13. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir?
  14. Alimlər insan beyni hazırladı
  15. Gələcək nəsil nağd puldan istifadə etməyəcək
  16. Muhteşem Yüzyıl Kösem 4. Bölüm
Mədəniyyət