» » Türk generalından Azərbaycana dəstək

Türk generalından Azərbaycana dəstək

Türk generalından Azərbaycana dəstəkBu gün daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov Türkiyənin Azərbaycandakı Silahlı Qüvvələr attaşesi və Hərbi İş Birliyi üzrə Koordinasiya Qərargahının rəisi general-mayor İhsan Başbozkurtu qəbul edib.

Daxili Qoşunların mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, general-leytenant Ş.Məmmədov Türkiyə ilə Azərbaycan arasındakı sıx əlaqələrdən söz açaraq, bu münasibətlərin hərbi sahədə də yüksək səviyyədə davam etdirildiyini bildirib.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci il oktyabrın 31-də Türkiyə hökuməti ilə Azərbaycan hökuməti arasında imzalanmış Protokoldan danışan general-leytenant Ş.Məmmədov DİN-in Daxili Qoşunları ilə Jandarm Baş Komandanlığı arasındakı sıx münasibətlərin gündən-günə dərinləşdiyini vurğulayıb. O, qardaş Türkiyə Jandarm Baş Komandanlığının zabitlərinin Daxili Qoşunlarda təlim-tədris sahəsindəki fəaliyyətini yüksək qiymətləndirib.

General-mayor İ.Başbozkurt isə iki qurum arasında mövcud işgüzar əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib. O, Daxili Qoşunların daha da təkmilləşdirilməsi üçün daima lazımi dəstək göstərməyə hazır olduqlarını vurğulayıb.

Qarşılıqlı fikir mübadiləsi zəminində keçən görüşdə hərbi attaşe Türkiyə Jandarm Baş Komandanlığının zabitlərinə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidməti fəaliyyətləri müddətində göstərilən xüsusi diqqət və qayğıya görə Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubova və Daxili Qoşunlar komandanlığına dərin minnətdarlığını bildirib.

Görüşün sonunda türkiyəli qonağa DİN-in Daxili Qoşunlarının emblemini əks etdirən hədiyyə təqdim edilib və xatirə şəkli çəkdirilib.
Oxşar xəbərlər

Şou-biznes

Kriminal
«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Ən çox oxunan / Ən son əlavə edilən
  1. FAIQ ƏHMƏDOVU ZORLAMADA İTTAHAM EDƏN QADIN HƏBS OLUNDU
  2. Zəhra qızıma təbrik!
  3. Yasamal rayonu 286 saylı məktəbdə " Ağla, qərənfil, ağla" adlı tədbir keçirilib.
  4. TQDK növbəti SAT imtahanı keçirəcək
  5. 150 ballıq tələbə təhsilə necə başağrısı olurdu...
  6. Alimlər məktəblərdə nümunəvi dərslər keçəcəklər
  7. Bu gün realtv.az-nin təsisçisi Lumu Aydin xanımın ad günüdü
  8. Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən çıxardı
  9. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir?
  10. Azərbaycanda orqan transplantasiyası üçün xüsusi klinikalar yaradılacaq
  11. Dövlət hesabına 4 milyon dərslik çap edilib
  12. Həsən Ruhani: "Astara-Astara dəmir yolunun birləşdirilməsi İran-Azərbaycan münasibətlərində yeni səhifə açacaq"
  13. Alimlər insan beyni hazırladı
  14. Gələcək nəsil nağd puldan istifadə etməyəcək
  15. Bakıda 25 yaşlı qız zəhərlənib.
  16. İnterpolun axtardığı rus məmur Azərbaycan pasportu ilə tutuldu
Mədəniyyət