» » İstirahət mərkəzində törədilən qətlin üstü açıldı - YENİLƏNİB

İstirahət mərkəzində törədilən qətlin üstü açıldı - YENİLƏNİB

İstirahət mərkəzində törədilən qətlin üstü açıldı - YENİLƏNİB

Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 2 gün əvvəl Qəçrəşdəki "Retro" istirahət mərkəzində üzərində çoxsaylı xəsarətlər olan qadın meyiti tapılıb. İlkin araşdırma nəticəsində məlum olub ki, meyit 20 oktyabr 1978-ci il təvəllüdlü Könül Zalovaya məxsusdur və o, qeyri-sağlam həyat tərzi sürürmüş.

38 yaşlı qadını qətlə yetirən Elməddin Əhmədov isə onunla birgə istirahət mərkəzinə gəlib və qətli törətdikdən sonra hadisə yerindən uzaqlaşıb.

Araşdırmalar davam etdirilir.

----------


Qubada iki gün əvvəl törədilən qətlin üstü açılıb.

Baş Pokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən APA-ya verilən məlumatda qeyd olunur ki, yanvarın 15-də Quba rayonunda fəaliyyət göstərən istirahət mərkəzlərindən birində üzərində xəsarətlər olan 35-40 yaşlarında naməlum qadın meyitinin aşkarlanması faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb, dərhal hadisə yerinə baxış keçirilməklə müvafiq ekspertizalar təyin edilib.

Polis və prokurorluq orqanları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində meyiti tapılan şəxsin Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Könül Zalova olması müəyyən edilib.

Cinayətin Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Elməddin Əhmədov tərəfindən törədilməsində kifayət qədər əsaslar olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Oxşar xəbərlər

Şou-biznes

Kriminal
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Ən çox oxunan / Ən son əlavə edilən
  1. FAIQ ƏHMƏDOVU ZORLAMADA İTTAHAM EDƏN QADIN HƏBS OLUNDU
  2. Zəhra qızıma təbrik!
  3. Yasamal rayonu 286 saylı məktəbdə " Ağla, qərənfil, ağla" adlı tədbir keçirilib.
  4. TQDK növbəti SAT imtahanı keçirəcək
  5. 150 ballıq tələbə təhsilə necə başağrısı olurdu...
  6. Alimlər məktəblərdə nümunəvi dərslər keçəcəklər
  7. Bu gün realtv.az-nin təsisçisi Lumu Aydin xanımın ad günüdü
  8. Dövlət hesabına 4 milyon dərslik çap edilib
  9. Həsən Ruhani: "Astara-Astara dəmir yolunun birləşdirilməsi İran-Azərbaycan münasibətlərində yeni səhifə açacaq"
  10. Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən çıxardı
  11. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir?
  12. Azərbaycanda orqan transplantasiyası üçün xüsusi klinikalar yaradılacaq
  13. Alimlər insan beyni hazırladı
  14. Gələcək nəsil nağd puldan istifadə etməyəcək
  15. Bakıda 25 yaşlı qız zəhərlənib.
  16. İnterpolun axtardığı rus məmur Azərbaycan pasportu ilə tutuldu
Mədəniyyət