» » İran və Türkiyə ilə Azərbaycan Yaşıl Kart sistemi çərçivəsində fəaliyyətə başlayır

İran və Türkiyə ilə Azərbaycan Yaşıl Kart sistemi çərçivəsində fəaliyyətə başlayır

İran və Türkiyə ilə Azərbaycan Yaşıl Kart sistemi çərçivəsində fəaliyyətə başlayırAzərbaycanda "Yaşıl Kart" sisteminin fəaliyyətə başlaması üçün İcbari Sığorta Bürosu (İSB) tərəfindən müvafiq təkrarsığorta proqramı və bank zəmanəti Bürolar Şurasına təqdim edilib və növbəti mərhələ olaraq sistemə üzv olan 46 ölkənin Yaşıl Kart büroları ilə İSB arasında sənədlərin qarşılıqlı tanınmasına dair ikitərəfli sazişlərin bağlanması prosesinə başlanılıb.

realtv.az APA-ya istinadən xəbər verir ki, hazırda Avropa İqtisadi Zonasına daxil olan ölkələrin 24-ü, ümumilikdə isə 36 ölkə həmin sazişləri imzalayaraq bir nüsxəsini İSB-yə, digərini isə Bürolar Şurasına göndərib. İcbari Sığorta Bürosu Azərbaycan Yaşıl Kartların rəsmiləşdirilməsi məqsədilə 3 (üç) formada blanklar hazırlayıblar. Birinci növ blanklar Yaşıl Kart sisteminə daxil olan bütün ölkələr, ikinci növ blanklar Türkiyə Respublikası və İran, üçüncü növ isə Rusiya, Ukrayna, Belarus və Moldova üçün nəzərdə tutulub.

Qonşu ölkələrdən İran və Türkiyə ilə Azərbaycan arasında ikitərəfli sazişlərin qüvvəyə minmə tarixi müəyyən olduğu üçün Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar 2016-cı ilin 1 yanvar tarixindən etibarən yalnız Türkiyə və İrana münasibətdə Azərbaycan Yaşıl Kartlarını rəsmiləşdirə biləcəklər.

İSB-nin Avropa İqtisadi Zonasına daxil olan ölkələrlə bağladığı sazişlərin qüvvəyə minmə tarixi isə Bürolar Şurasının qərarına əsasən 18 fevral 2016-cı il tarixdən sonra bildiriləcək.
Oxşar xəbərlər

Şou-biznes

Kriminal
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Ən çox oxunan / Ən son əlavə edilən
  1. FAIQ ƏHMƏDOVU ZORLAMADA İTTAHAM EDƏN QADIN HƏBS OLUNDU
  2. Zəhra qızıma təbrik!
  3. Yasamal rayonu 286 saylı məktəbdə " Ağla, qərənfil, ağla" adlı tədbir keçirilib.
  4. TQDK növbəti SAT imtahanı keçirəcək
  5. 150 ballıq tələbə təhsilə necə başağrısı olurdu...
  6. Alimlər məktəblərdə nümunəvi dərslər keçəcəklər
  7. Bu gün realtv.az-nin təsisçisi Lumu Aydin xanımın ad günüdü
  8. Dövlət hesabına 4 milyon dərslik çap edilib
  9. Həsən Ruhani: "Astara-Astara dəmir yolunun birləşdirilməsi İran-Azərbaycan münasibətlərində yeni səhifə açacaq"
  10. Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən çıxardı
  11. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir?
  12. Azərbaycanda orqan transplantasiyası üçün xüsusi klinikalar yaradılacaq
  13. Alimlər insan beyni hazırladı
  14. Gələcək nəsil nağd puldan istifadə etməyəcək
  15. Bakıda 25 yaşlı qız zəhərlənib.
  16. İnterpolun axtardığı rus məmur Azərbaycan pasportu ilə tutuldu
Mədəniyyət