» » İnternetdən asılılıq qripə və infarkta gətirib çıxardır

İnternetdən asılılıq qripə və infarkta gətirib çıxardır

  • 27-12-2015, 20:27
  • gundem,
  • Oxunub: 242
İnternetdən asılılıq qripə və infarkta gətirib çıxardırBritaniyanın Suonsi Universitetinin və Milan Universitetinin alimləri maraqlı tədqiqat aparıblar. Onlar sübut ediblər ki, internet-asılılıq insan orqanizminin immunitetini məhv edir.

AZƏRTAC "newsland.com" saytına istinadla xəbər verir ki, tədqiqatçılar yaşı 18-dən çox olan 500 nəfərdən ibarət fokus qrupunu sorğu-sual ediblər. Onların azı 40 faizi orta və ya ağır dərəcəli internet- asılılıqdan əziyyət çəkirmiş. Bir neçə maraqlı qanunauyğunluq üzə çıxıb. Əvvələn, şəbəkədən asılı olan insanların 30 faizi soyuqdəymədən və qripdən daha çox əziyyət çəkir. İkincisi, internetdən asılı olan istifadəçilər, məsələn, şəbəkə işləməyəndə çox narahat və stressə qarşı davamsız olurlar. Alimlər hesab edirlər ki, şəbəkəyə qoşulandan sonra gərginliyin azalması orqanizmdə kortizolun səviyyəsini güclü surətdə dəyişir. İmmun sisteminin qoruyucu funksiyalarını xeyli dərəcədə kortizol müəyyən edir.

Bundan əlavə, internet fanatları başqa adamlarla nadir hallarda canlı ünsiyyət qurur və deməli, özlərini mikrobların təsirindən qoruyurlar. Belə təcrid də immuniteti sarsıdır.

Əlavə etmək olar ki, internetdən asılı istifadəçilər doyunca yatmır, daha çox siqaret çəkir, spirtli içki içir, idmanla məşğul olmurlar.

Alimlər xəbər verirlər ki, tədqiqat iştirakçılarının çoxu internetdən orta hesabla gündə altı saat istifadə edib.
Oxşar xəbərlər

Şou-biznes

Kriminal
«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Ən çox oxunan / Ən son əlavə edilən
  1. FAIQ ƏHMƏDOVU ZORLAMADA İTTAHAM EDƏN QADIN HƏBS OLUNDU
  2. Zəhra qızıma təbrik!
  3. Yasamal rayonu 286 saylı məktəbdə " Ağla, qərənfil, ağla" adlı tədbir keçirilib.
  4. TQDK növbəti SAT imtahanı keçirəcək
  5. 150 ballıq tələbə təhsilə necə başağrısı olurdu...
  6. Alimlər məktəblərdə nümunəvi dərslər keçəcəklər
  7. Bu gün realtv.az-nin təsisçisi Lumu Aydin xanımın ad günüdü
  8. Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən çıxardı
  9. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir?
  10. Azərbaycanda orqan transplantasiyası üçün xüsusi klinikalar yaradılacaq
  11. Dövlət hesabına 4 milyon dərslik çap edilib
  12. Həsən Ruhani: "Astara-Astara dəmir yolunun birləşdirilməsi İran-Azərbaycan münasibətlərində yeni səhifə açacaq"
  13. Alimlər insan beyni hazırladı
  14. Gələcək nəsil nağd puldan istifadə etməyəcək
  15. Bakıda 25 yaşlı qız zəhərlənib.
  16. İnterpolun axtardığı rus məmur Azərbaycan pasportu ilə tutuldu
Mədəniyyət