» » 4 uşaq atası yarımçıq qalmış işini başa çatdırdı: özünü asdı

4 uşaq atası yarımçıq qalmış işini başa çatdırdı: özünü asdı

4 uşaq atası yarımçıq qalmış işini başa çatdırdı: özünü asdıİsmayıllı şəhərində bir ay öncə özünü güllələyən 67 yaşlı kişi yenidən intihar edərək özünü öldürüb.

realtv.az APA-ya istinadən xəbərinə görə, hadisə bu gün İsmayıllı şəhərinin Ü.Hacıbəyov küçəsindəki dalan 4, ev 10 ünvanında qeydə alınıb. Şəhər sakini, 1948-ci il təvəllüdlü Teymurxan Məmmədəli oğlu Süleymanov yaşadığı evin həyətindəki toyuq damında qeydə alınıb. Uzun illərdir ki, ovçuluqla məşğul olan Teymurxan Süleymanov kəndirlə özünü asaraq intihar edib. O, hadisə yerində dünyasını dəyişib. Dörd uşaq atası T.Süleymanovun bir ayda ikinci dəfədir ki özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, T.Süleymanov ötən ayın 20-də ov tüfəngindən atəş açaraq özünü yaralayıb. Başından və çənəsindən ağır güllə yarası alan T.Süleymanov təcili tibbi yardım avtomobili ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilsə də, sonradan vəziyyəti ağırlaşan T.Süleymanov müalicə üçün Bakı şəhərindəki Klinik Tibbi Mərkəzə göndərilib.

O, övladlarına və həkimlərə cərrahiyə əməliyyatı olunmaq istəmədiyini bildirib. Onun etirazına baxmayaraq T.Süleymanov əməliyyat edilib. O, müalicə olunaraq dünən axşam İsmayıllı şəhərindəki evinə gətirilsə də bu gün özünü asaraq öldürüb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər

Şou-biznes

Kriminal
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Ən çox oxunan / Ən son əlavə edilən
  1. FAIQ ƏHMƏDOVU ZORLAMADA İTTAHAM EDƏN QADIN HƏBS OLUNDU
  2. Zəhra qızıma təbrik!
  3. Yasamal rayonu 286 saylı məktəbdə " Ağla, qərənfil, ağla" adlı tədbir keçirilib.
  4. TQDK növbəti SAT imtahanı keçirəcək
  5. 150 ballıq tələbə təhsilə necə başağrısı olurdu...
  6. Alimlər məktəblərdə nümunəvi dərslər keçəcəklər
  7. Bu gün realtv.az-nin təsisçisi Lumu Aydin xanımın ad günüdü
  8. Dövlət hesabına 4 milyon dərslik çap edilib
  9. Həsən Ruhani: "Astara-Astara dəmir yolunun birləşdirilməsi İran-Azərbaycan münasibətlərində yeni səhifə açacaq"
  10. Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən çıxardı
  11. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir?
  12. Azərbaycanda orqan transplantasiyası üçün xüsusi klinikalar yaradılacaq
  13. Alimlər insan beyni hazırladı
  14. Gələcək nəsil nağd puldan istifadə etməyəcək
  15. Bakıda 25 yaşlı qız zəhərlənib.
  16. İnterpolun axtardığı rus məmur Azərbaycan pasportu ilə tutuldu
Mədəniyyət