» » Rusiyaya daha bir "hava" zərbəsi: ölənlər var

Rusiyaya daha bir "hava" zərbəsi: ölənlər var

Rusiyaya daha bir "hava" zərbəsi: ölənlər varRusiyanın Xanti-Mansi muxtar vilayətində mülki helikopter qəzaya uğrayıb.

Anspress-in məlumatına görə, Kedrovoe kəndi yaxınlığında qəzaya uğrayan AS-350 helikopterinin göyərtəsində 5 nəfər olub: 3 sərnişin və 2 ekipaj üzvü. Helikopterin qalıqlarını və həlak olanların cəsədlərini yerli polis əməkdaşı aşkar edib. Polisin məlumatına görə, göyərtəsində neft şirkətinin əməkdaşları olan helikopter Surqutdan uçurdu.

Rusiya Federasiyasının İstintaq Komitəsinin nümayəndəsi Natalya Qunkinanın TASS-a verdiyi məlumata görə, ilkin məlumata əsasən, 4 nəfər həlak olub, bir nəfərin aqibəti isə hələlik naməlumdur.

Hadisə yerində olan Rusiya fövqəladə hallar nazirliyinin nümayəndəsinin məlumatına görə, yerə çırpılan helikopter xırda hissələrə bölünüb.

Bu, Rusiyada son 3 gündə baş verən ikinci hadisədir.

Noyabrın 26-sı ölkənin Krasnoyarsk əyalətinin Turuxan ərazisində Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində 15 nəfər ölüb, 10 nəfər isə yaralanıb.

Mi-8 helikopteri "Turuxan" aviaşirkətinə məxsus olub.
Oxşar xəbərlər

Şou-biznes

Kriminal
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Ən çox oxunan / Ən son əlavə edilən
  1. FAIQ ƏHMƏDOVU ZORLAMADA İTTAHAM EDƏN QADIN HƏBS OLUNDU
  2. Zəhra qızıma təbrik!
  3. Yasamal rayonu 286 saylı məktəbdə " Ağla, qərənfil, ağla" adlı tədbir keçirilib.
  4. TQDK növbəti SAT imtahanı keçirəcək
  5. 150 ballıq tələbə təhsilə necə başağrısı olurdu...
  6. Alimlər məktəblərdə nümunəvi dərslər keçəcəklər
  7. Bu gün realtv.az-nin təsisçisi Lumu Aydin xanımın ad günüdü
  8. Dövlət hesabına 4 milyon dərslik çap edilib
  9. Həsən Ruhani: "Astara-Astara dəmir yolunun birləşdirilməsi İran-Azərbaycan münasibətlərində yeni səhifə açacaq"
  10. Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən çıxardı
  11. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir?
  12. Azərbaycanda orqan transplantasiyası üçün xüsusi klinikalar yaradılacaq
  13. Alimlər insan beyni hazırladı
  14. Gələcək nəsil nağd puldan istifadə etməyəcək
  15. Bakıda 25 yaşlı qız zəhərlənib.
  16. İnterpolun axtardığı rus məmur Azərbaycan pasportu ilə tutuldu
Mədəniyyət