» » Zəhər satan mağazalarımız

Zəhər satan mağazalarımız

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında monitorinqlər davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən aparılan növbəti monitorinqlər zamanı Bakının Nərimanov rayonu H.Əliyev küçəsi, ev 69 ünvanında yerləşən Maarif Salahova məxsus mağazada, Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən Rəhman Şirinova məxsus mağazada, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, 83 ünvanında yerləşən Əli Səfərova məxsus mağazada, Xətai rayonu Əhmədli qəsəbəsi, Park küçəsi, 3 ünvanında yerləşən Arzu Cəlilova məxsus mağazada, Sumqayıt şəhəri "Nəsimi" parkında yerləşən Yaşar Kərimliyə məxsus "Palma" restoranında, Almas Nəcəfova məxsus "Qala" kafesində, Faiq Kərimova məxsus "Bulvar" restoranında normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların, Bakının Suraxanı rayonu  Zəhər satan mağazalarımız Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, 73 ünvanında yerləşən Elşən Məmmədova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Məlumatda qeyd olunur ki, analoji hal Nizami rayonu Ş.Mirzəyev küçəsi, 68A ünvanında yerləşən Əlizamin Hüseynova məxsus mağazada, Yasamal rayonu B.Səfəroğlu küçəsi, 5 ünvanında yerləşən Anar Verdiyevə məxsus mağazada, Sabunçu rayonu Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, 2 ünvanında yerləşən Hikmət Hüseynova məxsus mağazada, Zabrat qəsəbəsində Seyfəddin Əliyevə və Vüsal Cavadova məxsus mağazalarda və Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi, 4 ünvanında yerləşən Elnur Quliyevə məxsus mağazada da saxlama müddəti ötmüş malların satıldığı müəyyən olunub.

Bundan başqa, monitorinq zamanı Xəzər rayonu Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 8/12 ünvanında yerləşən Elman Cəbrayılova məxsus mağazada, Buzovna qəsəbəsi, Ağamalı küçəsində Amil Əliyevə məxsus mağazada, Gədəbəy şəhəri S.Vurğun küçəsində yerləşən Mübariz Qəmbərova və Hafiz Rüstəmova məxsus mağazalarda, Beyləqan rayonu 1-ci Şahsevən kəndində Anar Məmmədova məxsus mağazada, Zərdab rayonu Pərvanlı kəndində Hakim Mikayılova məxsus mağazada, Qusar şəhəri Qusar çayının sağ sahilində Malik Babayevə məxsus mağazada, Lənkəran rayonu Osaküçəsi kəndində Rasif Həbibliyə məxsus mağazada və Lənkəran şəhəri, T.İsmayılov küçəsi, 21 ünvanında yerləşən Sübhan Sadıqova məxsus mağazada da saxlama müddəti ötmüş malların satıldığı aşkar edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar, Nazirliyin internet saytı (www.economy.gov.az) və "Facebook" səhifəsi vasitəsilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.
Oxşar xəbərlər

Şou-biznes

Kriminal
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Ən çox oxunan / Ən son əlavə edilən
  1. FAIQ ƏHMƏDOVU ZORLAMADA İTTAHAM EDƏN QADIN HƏBS OLUNDU
  2. Zəhra qızıma təbrik!
  3. Yasamal rayonu 286 saylı məktəbdə " Ağla, qərənfil, ağla" adlı tədbir keçirilib.
  4. TQDK növbəti SAT imtahanı keçirəcək
  5. 150 ballıq tələbə təhsilə necə başağrısı olurdu...
  6. Alimlər məktəblərdə nümunəvi dərslər keçəcəklər
  7. Dövlət hesabına 4 milyon dərslik çap edilib
  8. Bu gün realtv.az-nin təsisçisi Lumu Aydin xanımın ad günüdü
  9. Həsən Ruhani: "Astara-Astara dəmir yolunun birləşdirilməsi İran-Azərbaycan münasibətlərində yeni səhifə açacaq"
  10. Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən çıxardı
  11. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir?
  12. Azərbaycanda orqan transplantasiyası üçün xüsusi klinikalar yaradılacaq
  13. Alimlər insan beyni hazırladı
  14. Gələcək nəsil nağd puldan istifadə etməyəcək
  15. Bakıda 25 yaşlı qız zəhərlənib.
  16. İnterpolun axtardığı rus məmur Azərbaycan pasportu ilə tutuldu
Mədəniyyət