» » Alim Qasımov: "Böyük qonaqlıq olacaq"

Alim Qasımov: "Böyük qonaqlıq olacaq"

Alim Qasımov: "Böyük qonaqlıq olacaq"Bu gün dünya şöhrətli sənətkar, muğam ifaçısı Alim Qasımovun doğum günüdür.

RL.tv aznews.az-a istinadən xəbər verir ki, A.Qasımov 1957-ci ildə Qobustan rayonunun Nabur kəndində anadan olub. Bakıda muğam məktəbinin ən tanınmış və istedadlı müəllimlərindən dərs alıb. 1993-cü ildə Azərbaycan Respublikasının xalq artisti adı ilə təltif olunub.

Azərbaycanın muğamını bütün dünyada təbliğ edən xanəndə bu gün 58 yaşına qədəm qoyur. Doğum günü təəssüratlarını AzNews.az-la bölüşən sənətkar şad gününü ailəsi ilə birlikdə Şamaxıda qeyd etdiyini deyib:

"Axşam da böyük ailə qonaqlığı olacaq. Dost-tanışı dəvət etmişik. 58 yaşımı əzizlərimlə birlikdə qeyd edəcəyəm".

A.Qasımov deyir ki, yaşının üstünə yaş gəldikcə sevinir:

"Yaşlılıq müdriklikdir. Düşüncə baxımından yaşlanmamışam. Amma baxıram ki, yaş da artıq öz işini görüb. Bundan sonra yaşıma uyğun yaşayacağam".

Xatırladaq ki, Alim Qasımov 1999-cu ildə Beynəlxalq IMC UNESCO Musiqi Mükafatını alıb və muğam sənətini Fransa, İngiltərə, Almaniya, Belçika, İspaniya, Braziliya, Honkonq, Yaponiya, İran və Amerika Birləşmiş Ştatları kimi ölkələrdə konsertlərdə təbliğ edib.
Oxşar xəbərlər

Şou-biznes

Kriminal
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Ən çox oxunan / Ən son əlavə edilən
  1. FAIQ ƏHMƏDOVU ZORLAMADA İTTAHAM EDƏN QADIN HƏBS OLUNDU
  2. Zəhra qızıma təbrik!
  3. Yasamal rayonu 286 saylı məktəbdə " Ağla, qərənfil, ağla" adlı tədbir keçirilib.
  4. TQDK növbəti SAT imtahanı keçirəcək
  5. 150 ballıq tələbə təhsilə necə başağrısı olurdu...
  6. Alimlər məktəblərdə nümunəvi dərslər keçəcəklər
  7. Bu gün realtv.az-nin təsisçisi Lumu Aydin xanımın ad günüdü
  8. Dövlət hesabına 4 milyon dərslik çap edilib
  9. Həsən Ruhani: "Astara-Astara dəmir yolunun birləşdirilməsi İran-Azərbaycan münasibətlərində yeni səhifə açacaq"
  10. Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən çıxardı
  11. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir?
  12. Azərbaycanda orqan transplantasiyası üçün xüsusi klinikalar yaradılacaq
  13. Alimlər insan beyni hazırladı
  14. Gələcək nəsil nağd puldan istifadə etməyəcək
  15. Bakıda 25 yaşlı qız zəhərlənib.
  16. İnterpolun axtardığı rus məmur Azərbaycan pasportu ilə tutuldu
Mədəniyyət