» » Obama İrana görə yəhudilərə meydan oxudu

Obama İrana görə yəhudilərə meydan oxudu

  • 9-08-2015, 15:54
  • siyaset
  • Oxunub: 80
Obama İrana görə yəhudilərə meydan oxuduABŞ prezidenti Barak Obama Konqresdə İranla əldə olunan nüvə razılaşmasının səsvrmə zamanı qəbul edilməməsi üçün çalışan Amerika-İsrail İctimai Əlaqələr Komitəsini (AİPAC) sərt şəkildə tənqid edib.

Milli.Az anspress-ə istinadən bildirir ki, Obama ABŞ prezidentləri arasında ilk dövlət başçısıdır ki, sözügedən Komitəni tənqid edir.

Təsadüfi deyil ki, İranla nüvə razılaşmasından sonra ABŞ və İsrail arasında münasibətlərə getdikcə pisləşir. Obama bu həftə Komitənin iki idarə edcisini Ağ Evə çağıraraq onları hədələyib.

Obama AİPAC-i nüvə razılaşmasına qarşı milyonlarla pul xərcləmək və həqiqətdən uzaq iddialar yaymaqda ittiham edib.

Səhəri günü isə prezident Amerika Umiversitetində çıxışı zamanı bildirib ki, nüvə razılaşmasına qarşı çıxanlar ABŞ-ı İraq müharibəsinə sövq etmək üçün milyonlarla dollar xərcləmiş lobbilərdir.

"New York Times" qəzeti yazır ki, bundan əvvəl Ronald Reyqan, Corc Buşun da AİPAC-lə problemləri olub. Lakin bu günə qədər heç bir prezident ən güclü lobbilərdən olan AİPAC-ə belə meydan oxumayıb.

AİPAC silah lobbisindən sonra ABŞ-da ən güclü lobbi hesab edilir. Komitənin nüvə razılaşmasına qarşı artıq 20 milyon dollar xərclədiyi, bundan başqa razılaşma əleyhinə elan və reklamlara isə daha 25 milyon ayırdığı bildirilir.

Ötən ay İranın nüvə proqramı üzrə "altılıq" ölkələri ilə aparılan danışıqlarda razılıq əldə olunubrazılıq əldə olunub. İranla "altılıq" ölkələri arasında razılığın əldə olunması rəsmi Tehrana qarşı tətbiq edilən sanksiyaların ortadan qaldırılması deməkdir.

İranın nüvə proqramı ilə bağlı razılaşmanın imzalanması İsrailin baş naziri Benyamin Netanyahunu hiddətləndirmişdi. O bunu "tarixi səhv" adlandırmışdı.
Oxşar xəbərlər

Şou-biznes

Kriminal
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Ən çox oxunan / Ən son əlavə edilən
  1. FAIQ ƏHMƏDOVU ZORLAMADA İTTAHAM EDƏN QADIN HƏBS OLUNDU
  2. Zəhra qızıma təbrik!
  3. Yasamal rayonu 286 saylı məktəbdə " Ağla, qərənfil, ağla" adlı tədbir keçirilib.
  4. TQDK növbəti SAT imtahanı keçirəcək
  5. 150 ballıq tələbə təhsilə necə başağrısı olurdu...
  6. Alimlər məktəblərdə nümunəvi dərslər keçəcəklər
  7. Bu gün realtv.az-nin təsisçisi Lumu Aydin xanımın ad günüdü
  8. Dövlət hesabına 4 milyon dərslik çap edilib
  9. Həsən Ruhani: "Astara-Astara dəmir yolunun birləşdirilməsi İran-Azərbaycan münasibətlərində yeni səhifə açacaq"
  10. Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən çıxardı
  11. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir?
  12. Azərbaycanda orqan transplantasiyası üçün xüsusi klinikalar yaradılacaq
  13. Alimlər insan beyni hazırladı
  14. Gələcək nəsil nağd puldan istifadə etməyəcək
  15. Bakıda 25 yaşlı qız zəhərlənib.
  16. İnterpolun axtardığı rus məmur Azərbaycan pasportu ilə tutuldu
Mədəniyyət