» » Türkiyə bundan sonra nə edəcək?

Türkiyə bundan sonra nə edəcək?

 Türkiyə bundan sonra nə edəcək?Noyabrın 1-də Türkiyə parlamentinə keçirilmiş növbədənkənar seçkilərdə hakim Ədalət və İnkişaf Partiyasının (ƏİP) inamlı qələbəsi ölkə iqtisadiyyatı üçün ikinci nəfəs olacaq.

Bu ilk iyunun 7-də keçirilmiş seçkilərdən sonra koalisiyalı hökumətin formalaşdırılması cəhdlərinin baş tutmaması ilə Türkiyədə siyasi qeyri-sabitlik dövrü başlamışdı. Bu, milli iqtisadiyyatdakı daxili vəziyyətə mənfi təsir göstərməklə yanaşı, həm də genişmiqyaslı layihələrin reallaşdırılmasını sual altına almışdı.
İlk növbədə, qeyd etmək lazımdır ki, ƏİP-in qələbəsi yerli və xarici investorların Türkiyənin milli valyutasına inamını qaytardı. Ola bilsin ki, türk lirəsinin dollara münasibətdə möhkəmlənmə trendi qısamüddətli olacaq, amma hər halda, unutmayaq ki, ƏİP-in 2008-ci ildəki qələbəsindən sonra lirənin kursu müxtəlif templərlə yüksəlmişdi.
2002-ci ildə hakimiyyətə gəldikdən sonra ƏİP nəzarətində olan maliyyə vəsaitlərindən çox rasional şəkildə istifadə etdi. Hazırkı prezident Rəcəb Tayyip Ərdoğanın iqtisadi siyasətinin nəticəsində ölkənin dövlət borcu 2001-ci ildəki maksimal göstəricidən (ÜDM-ə nisbətdə 77,9%) 2014-cü ildə 33%-ə düşüb.
2 milyon suriyalı qaçqının Türkiyə ərazisində sığınacaq tapdığını nəzərə alsaq, bu il hökumət üçün asan il deyil. Elə Avropa İttifaqının özü də qaçqın problemilə bağlı siyasi və sosial sarsıntılarla üzləşib, halbuki 2015-ci ilin yekunlarına görə Avropa ölkələrinə pənah gətirmiş qaçqınların sayı, çətin ki, 1 milyonu keçsin.
Belə bir vəziyyətdə Türkiyə iqtisadiyyatının ayaqda qalması üçün Ərdoğanın ölkənin işgüzar dairələrinin maraqlarını siyasi motivlərdən üstün tutan siyasəti davam etdirilməlidir. Türkiyə hökuməti ABŞ və Aİ-nin təzyiqlərinə tab gətirərək Rusiyaya qarşı sanksiyalara qoşulmadı. Nəticədə, Türkiyə Rusiyadan ölkəyə turist axınını və yerli meyvə-tərəvəz məhsullarının Rusiya bazarlarına tədarükünü qoruyub-saxlamağı bacardı.
Bu ilin sonunadək Türkiyə və Rusiya prezidentləri R.T.Ərdoğanla Vladimir Putinin növbəti görüşü gözlənilir və ola bilsin ki, bu görüş zamanı tərəflər "Türk axını" layihəsinin reallaşdırılmasına dair sənəd imzalasınlar. Xatırladaq ki, Rusiya tərəfi Ankaradakı siyasi böhran səbəbindən "Türk axını"na dair danışıqları dondurub - bu sahədə imzalanacaq razılaşmanı Türkiyə parlamenti təsdiqləməlidir. İndi - ƏİP-in inamlı qələbəsindən sonra isə Rusiya ilə Türkiyə arasında iqtisadi əməkdaşlığın genişləndiriləcəyini və ildə 32 mlrd.kubmetr qaz nəqlini nəzərdə tutan "Türk axını"nın inşasına dair razılaşmanın imzalanacağını gözləmək olar. Rusiyanın Suriyadakı hərbi əməliyyatlarda iştirakının da Ankara-Moskva münasibətlərini pozacağını düşünmək lazım deyil.
2015-ci il noyabrın 2-də RF-in iqtisadi inkişaf naziri Aleksey Ulyukayevlə Türkiyənin iqtisadiyyat naziri Nohat Zeybekçi arasında keçirilmiş görüşdə 2016-cı ildə iki olkə arasında "Sərbəst ticarət zonası" haqda sazişin imzalanmasının mümkünlüyü bildirilib. Bundan başqa, ölkələr arasında 2016-2019-cu illərdə iqtisadi və investisiya əməkdaşlığına dair hökumətlərarası saziş üzərində də iş davam edir. Yeri gəlmişkən, hər iki tərəf bu sazişin bu ilin sonuna planlaşdırılan Rusiya və Türkiyə Ali Dövlət Şurasının iclasına qədər hazır olmasına çalışır.
Əlbəttə ki, Türkiyə hökuməti yalnız ikitərəfli deyil, Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) kimi beynəlxalq qurumlar çərçivəsində də əməkdaşlığın aktivləşməsi üçün bir sıra addımlar atır.
Türkiyə üçün Çinin "İpək yolunun iqtisadi qurşağı" təşəbbüsü çərçivəsində əməkdaşlıq çox perspektivli görünür. Bu istiqamətdə gələn ilin əvvəlində istifadəyə veriləcəyi gözlənilən Bakı-Tiflis-Qars dəmiryolu layihəsi də mühüm rol oynayır - bu layihə Azərbaycan və Gürcüstanın dəmir yollarını Türkiyə yolları ilə birləşdirəcək. Türkiyə Trans-Xəzər nəqliyyat marşrutu çərçivəsində Çindən İtaliyaya yük tranzitinin artmasında maraqlıdır - 2020-ci ilədək bu yüklərin ildə 300 min konteynerdən artıq olacağı gözlənilir. Təbii ki, bunun üçün dəmir yollarının, Xəzərdəki dəniz limanlarının, gəmiçilik yollarının və keyfiyyətli xidmətin təmini terminallarının daxil olduğu Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə multimodal şəbəkəyə dair danışıqlar asan keçməyəcək. Yükdaşımaların optimal müddəti, multimodal nəqliyyat və rəqabətli tarif siyasəti ilə bağlı da müzakirələr aparmaq lazım gələcək.
Türkiyə iqtisadiyyatının cəlbediciliyini artırmaq üçün prezident Ərdoğan ölkə ərazisindəki istənilən terror təşkilatlarına qarşı sərt tədbirlər görməlidir. Əlbəttə ki, söbhət, ilk növbədə, Kürd Fəhlə Partiyasının (PKK) və "İslam Dövləti" təşkilatının terrorçularından gedir.
Bu günlərdə Türkiyə rəhbərliyi Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi çərçivəsində işləri sürətləndirmək niyyətini bəyan edib. Amma avqustun 4-ü və 24-də Qars vilayətində Cənub-Qafqaz boru xəttində (Azərbaycanın "Şahdəniz" yatağından Türkiyənin Ərzurum şəhərinə gedən xətt) baş vermiş 2 partlayış göstərir ki, ölkənin şimal bölgələrində təhlükəsizlik məsələləri birdəfəlik həllini tapmalıdır.
Məlum olduğu kimi, TANAP Türkiyə qarşısında yalnız ucuz Azərbaycan qazı almaq yox, həm də perspektivdə qaz xabına çevrilmək imkanı da açır. Axı, "2-ci Mərhələ" çərçivəsində "Şahdəniz" yatağından ildə nəql olunacaq 16 mlrd. kubmetr qazın 6 mlrd. kubmetrini Türkiyə özü alacaq, yerdə qalanı isə Avropaya gedəcək. Üstəlik, perspektivdə TANAP Türkmənistan, İran və İraq qazının da Avropaya nəqlinə imkan verəcək.
Qeyd edək ki, prezident Ərdoğan Türkiyə iqtisadiyyatının sabit inkişafına ümid edir və buna görə də etibarlı və ucuz enerji daşıyıcılarına ehtiyacı var. Odur ki, "Akkuyu" Atom Elektrik Stansiyasının (AES) inşası işlərinin də sürətləndiriləcəyinə şübhə yoxdur. Birinci AES-in layihəsi 20 mlrd. dollar həcmində dəyərləndirilib və hər biri 1200 MVt gücündə olan 4 atom reaktorunun tikintisini nəzərdə tutur. Bu günədək "Akkuyu" AES-in inşasına 3 mlrd. dollar sərf olunub və birinci blokun 2020-ci ildə işə düşməsi planlaşdırılır. Bütün blokların işə salınmasından sonra - 2023-cü ildə AES-in saatda 35 mlrd. kVt enerji istehsal edəcəyi nəzərdə tutulub.
Ərdoğanın Türkiyəni regionun ən dinamik inkişaf edən dövlətinə çevirmiş iqtisadi uğurlarını heçə endirə biləcək yeganə təhlükə, son vaxtlar ölkəni bürümüş terror aktları ola bilər. Və əgər hökumət terror təhlükəsini aradan qaldırmağı bacarsa, meqalayihələrin reallaşdırılması yalnız Türkiyə iqtisadiyyatının çiçəklənməsinə yox, Ankaranın regiondakı siyasi nüfuzunun da artmasına yol açacaq.
"Region Plyus"
Oxşar xəbərlər

Şou-biznes

Kriminal
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Ən çox oxunan / Ən son əlavə edilən
  1. FAIQ ƏHMƏDOVU ZORLAMADA İTTAHAM EDƏN QADIN HƏBS OLUNDU
  2. Zəhra qızıma təbrik!
  3. Yasamal rayonu 286 saylı məktəbdə " Ağla, qərənfil, ağla" adlı tədbir keçirilib.
  4. TQDK növbəti SAT imtahanı keçirəcək
  5. 150 ballıq tələbə təhsilə necə başağrısı olurdu...
  6. Alimlər məktəblərdə nümunəvi dərslər keçəcəklər
  7. Bu gün realtv.az-nin təsisçisi Lumu Aydin xanımın ad günüdü
  8. Dövlət hesabına 4 milyon dərslik çap edilib
  9. Həsən Ruhani: "Astara-Astara dəmir yolunun birləşdirilməsi İran-Azərbaycan münasibətlərində yeni səhifə açacaq"
  10. Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən çıxardı
  11. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir?
  12. Azərbaycanda orqan transplantasiyası üçün xüsusi klinikalar yaradılacaq
  13. Alimlər insan beyni hazırladı
  14. Gələcək nəsil nağd puldan istifadə etməyəcək
  15. Bakıda 25 yaşlı qız zəhərlənib.
  16. İnterpolun axtardığı rus məmur Azərbaycan pasportu ilə tutuldu
Mədəniyyət