» » Ermənistanın işğalçı siyasəti regional təhlükəsizliyə ciddi təhdiddir

Ermənistanın işğalçı siyasəti regional təhlükəsizliyə ciddi təhdiddir

Ermənistanın işğalçı siyasəti regional təhlükəsizliyə ciddi təhdiddir"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həm də regionda demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının təmin olunmasında ən böyük maneədir. Şübhəsiz, bu problem olmasaydı və yaxud vaxtında həllini tapsaydı, region ölkələri daha çox inkişaf edər, sülh və təhlükəsizlik daha etibarlı şəkildə təmin olunardı".

Bu sözləri "Konstitusion hüquq və azadlıqların təmin olunmasında ölkədaxili və beynəlxalq təşkilatların əməkdaşlığının rolu" mövzusunda keçirilən Ombudsmanların Bakı Beynəlxalq Konfransında çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Bildirib ki, Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan, digər region ölkələrinə qarşı ərazi iddiaları, həmçinin Türkiyəyə qarşı "erməni soyqırımı" tələbi irəli sürən, torpaq və təzminat tələb edən Ermənistan öz təcavüzkar siyasəti ilə regional təhlükəsizliyi ciddi şəkildə təhdid edir: "Bu gün Azərbaycan həm də Avropanın enerjiyə olan ehtiyaclarının ödənilməsinə önəmli töhfə verir. Ermənistan isə Azərbaycanın uğurlarını qısqanclıqla qarşılayır və regionda sabitliyi təhdid etməklə həm də mühüm enerji və nəqliyyat layihələrinin reallaşmasına mane olmağa çalışır. SSRİ dağıldıqdan sonra Ermənistanın həyata keçirdiyi siyasətin təhlili onu deməyə əsas verir ki, bu ölkə regionun iqtisadi və siyasi inkişafını şərtləndirən layihələrdən kənarda qalıb, özünütəcrid vəziyyətinə düşüb və ciddi sosial və iqtisadi problemlərlə üzləşib. Ermənistan Xəzər hövzəsi enerji resurslarının Avropa bazarlarına daşınmasında münasib məkanda yerləşməsinə baxmayaraq, geosiyasi mövqeyinin ona verdiyi bu fürsətdən istifadə etməyib ki, bu da onun üçün ağır nəticələrə səbəb olub".

Ə.Həsənovun sözləri ölkə ictimaiyyəti tərəfindən də müsbət qiymətləndirilir. Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bizimlə söhbətində dedi ki, artıq iki onillikdir Azərbaycan əraziləri təcavüzə məruz qalır: "Onlar təkcə torpaqlarımızı işğalda saxlamır, eyni zamanda, regionda gərginliyin səngiməsinə imkan vermirlər. Sülhə, əmin-amanlığa, təhlükəsizliyə çox ciddi zərbə vururlar. Əli Həsənovun da dediyi kimi, işğal faktı olmasaydı, Cənubi Qafqaz daha çox inkişaf etmiş olardı. Nəinki Azərbaycan, Ermənistan özü də xeyli irəli gedə bilərdi. Əvvəllər "Qafqaz evi" yaratmaq ideyası vardı. Təəssüf ki, bu, reallaşmadı. Mən də o fikirdəyəm ki, Cənubi Qafqaza bir bütövlük kimi baxmaq lazımdır. Bunun üçün isə onun sülh və təhlükəsizliyə ehtiyacı var. "Qafqaz evi" ideyası gerçəkləşsəydi, Ermənistan da yoxsulluqdan əziyyət çəkməz, iqtisadi inkişafdan geri qalmazdı. Bilirsiniz ki, hazırda orada demoqrafiya problemi var, işğalçı ölkə yoxsulluqdan çox ciddi əziyyət çəkir".

Ə.Nuriyevin fikrincə, ermənilərin övladlarını başqa xalqlara nifrət ruhunda böyütmələri də mənfi haldır və region üçün təhlükəlidir: "Ermənistan oturuşmuş dövlət deyil və orada demokratik ənənələr yoxdur. Onlar başqalarının əlində oyuncaqdırlar. Bu isə erməni xalqına məşəqqətlər gətirir. Ona görə də düşünürəm ki, Əli Həsənovun dedikləri tamamilə doğrudur, reallığı əks etdirir. Ermənistan rəhbərliyi öz işğalçı siyasətindən əl çəkərsə, bu, həm bütövlükdə dövlətin, həm də erməni xalqının inkişafına səbəb ola bilər. Məlumdur ki, Azərbaycan hər zaman öz qonşularına yardım əlini uzadıb. Bunu görmək üçün Gürcüstanla münasibətlərimizə nəzər yetirmək kifayət edir. Biz heç zaman onlardan öz iqtisadi yardımlarımızı əsirgəməmişik, blokadadan çıxmaları üçün yardımlar etmişik. Gürcüstanın bugünkü inkişaf səbəblərindən biri məhz Azərbaycanın ona göstərdiyi dəstəkdir. Ermənistan da belə bir yardımçıya sahib ola bilərdi. Lakin onun işğalçı siyasəti, başqa dövlətin əlində oyuncağa çevrilməsi təkcə özünə yox, bütövlükdə regiona mənfi təsir edir, onun inkişafını əngəlləyir. Əgər onlar bu münaqişəni davam etdirməkdən imtina etsələr, ermənilər ağ günə çıxar. Hazırda vəziyyətləri çox pisdir. Edilən hər bir pisliyin bədəli olur. Onlar millətimizə qarşı etdikləri haqsızlığın əziyyətini çəkirlər. Yaxşı olar ki, vaxtında düzgün qərar qəbul etsinlər və Gürcüstanı göz önünə gətirsinlər. Rəhbərlik ən azı erməni xalqının gələcəyi naminə siyasi iradə nümayiş etdirməlidir. Ölkəmizə təcavüzü aradan qaldıracaqları təqdirdə, onlara da yardım əlimizi uzada bilərik. Bununla da o ölkə üçün müxtəlif imkanlar yarana bilər. Mövcud vəziyyət isə regiona təhlükədir. Biz ermənilərlə illərlə qonşuluq şəraitində yaşamışıq. İndi də heç kim onları qonşuluqdan silə bilməz. Bu qonşuluq işğalçılıq yox, səmimi əməkdaşlıq, qarşılıqlı anlaşma, dostluq və sülh şəraitində davam etdirilərsə, daha yaxşı olmazmı?"

İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı da deyilən fikirləri bölüşdüyünü bildirdi: "Əli Həsənovun fikirləri çox aktualdır. Keçən əsrin əvvəllərində Azərbaycanın görkəmli mütəfəkkirləri "Qafqaz evi" ideyasını ortaya atmışdılar. Bu o demək idi ki, Qafqaz xalqları sülh və əmin-amanlıq şəraitində yaşayacaqdılar. Amma nə yazıq ki, deyilənlər reallaşmadı. Daha doğrusu, rus imperiyası buna imkan vermədi. Onlar ayrı-seçkilik salmaq yolu ilə millətləri bir-birinə qarşı qoydular, araya düşmənçilik toxumları səpdilər. Bunun nəticəsidir ki, əvvəllər mehriban qonşuluq şəraitində yaşayan millətlər hazırda düşməndirlər. Demək olar ki, regiona həmişə müxtəlif cür problemlər yaradıblar. Məsələn, bir müddət əvvəl erməni-müsəlman davası var idisə, indi Dağlıq Qarabağ problemi yaradılıb. Rusiya başda olmaqla bu problemi yaradan böyük dövlətlər xalqları rahat yaşamağa qoymurlar. Əgər belə olmasaydı, azərbaycanlı, erməni, gürcü və digər Qafqaz xalqları mehriban və sülh şəraitində yaşayardılar. Təəssüf ki, bu region çoxlarını narahat edir".
Oxşar xəbərlər

Şou-biznes

Kriminal
«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Ən çox oxunan / Ən son əlavə edilən
  1. FAIQ ƏHMƏDOVU ZORLAMADA İTTAHAM EDƏN QADIN HƏBS OLUNDU
  2. Zəhra qızıma təbrik!
  3. Yasamal rayonu 286 saylı məktəbdə " Ağla, qərənfil, ağla" adlı tədbir keçirilib.
  4. TQDK növbəti SAT imtahanı keçirəcək
  5. 150 ballıq tələbə təhsilə necə başağrısı olurdu...
  6. Alimlər məktəblərdə nümunəvi dərslər keçəcəklər
  7. Bu gün realtv.az-nin təsisçisi Lumu Aydin xanımın ad günüdü
  8. Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən çıxardı
  9. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir?
  10. Azərbaycanda orqan transplantasiyası üçün xüsusi klinikalar yaradılacaq
  11. Dövlət hesabına 4 milyon dərslik çap edilib
  12. Həsən Ruhani: "Astara-Astara dəmir yolunun birləşdirilməsi İran-Azərbaycan münasibətlərində yeni səhifə açacaq"
  13. Alimlər insan beyni hazırladı
  14. Gələcək nəsil nağd puldan istifadə etməyəcək
  15. Bakıda 25 yaşlı qız zəhərlənib.
  16. İnterpolun axtardığı rus məmur Azərbaycan pasportu ilə tutuldu
Mədəniyyət