» » Rusiyada azərbaycanlı prorektor həbs olundu

Rusiyada azərbaycanlı prorektor həbs olundu

Rusiyada azərbaycanlı prorektor həbs olunduRusiya paytaxtı Moskvada Ali Iqtisad Məktəbinə aid institutun milliyyətcə azərbaycanlı direktor müavini Hakim Mürsəlimov saxlanılıb.
RL.tvinin anspress-ə istinadən xəbər verir ki, buna səbəb Hakim Mürsəlimovun içkili vəziyyətdə olarkən köməyinə gələn tibb bacısının üzünə sillə vurması olub. Hazırda Moskva polisi hadisənin hansı şəraitdə baş verməsini araşdırır. İlkin məlumatlara görə, 47 yaşlı prorekror restorana gecə saatlarında 1 kişi və 2 xanımın müşayəti ilə gəlib.

İçkili Mürsəlimovun ayağı sürüşərək yıxılıb və o, başından ciddi yara alıb. Əraziyə kömək ücün ilkin təcili tibbi yardım maşını çağırılıb. Tibb bacısı zərərçəkənin yarasını müayinə edərkən içkili halda olan Mürsəlimov ona sillə vurub. Bunu görən barmen xanımın müdafiəsinə qalxıb, əraziyə polis çağırılıb. Əraziyə gələn tibb işçiləri Mürsəlimovu təcili tibbi yardım maşını ilə aparmağa cəhd göstərəndə, yaralı çırpınmağa və qışqırmağa başlayıb.

Qanun keşikçiləri içkili vəziyyətdə olan innovativ proyektlərin idarəedicisini qısa vaxt ərzində xərəkə bağlayaraq N.V.Sklifosovski adına Təcili Yardım İnstitutuna yollayıb. Mürsəlimova sakitləşdirici vurulduqdan sonra o, qalmaqallı hadisəni belə şərh edib: "Mən, sadəcə, yorğun idim, yuxuya getmək qərarına gəldim. Mənim tərəfimdən bütün davranış qaydalarına əməl olunub".

Ali İqtisad Məktəbinin saytında bildirilir ki, Hakim Mürsəlimov "iİdarəetmə əməkdaşlarının ixtisasartırmasını təşkil edir, həmçinin keyfiyyətli əmək üçün optimal şərait yaradılmasını gerçəkləşdirir". O, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Moskva Beynəlxalq Münasibətlər İnstitutunu bitirib.

Hakim Mürsəlimov 2010-cu ildə "Taymıra xidmətinə görə" fəxri döş nişanına, "Federasiya Şurasının 15 illiyinə" medalı və s.-lə təltif olunub.
Oxşar xəbərlər

Şou-biznes

Kriminal
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Ən çox oxunan / Ən son əlavə edilən
  1. FAIQ ƏHMƏDOVU ZORLAMADA İTTAHAM EDƏN QADIN HƏBS OLUNDU
  2. Zəhra qızıma təbrik!
  3. Yasamal rayonu 286 saylı məktəbdə " Ağla, qərənfil, ağla" adlı tədbir keçirilib.
  4. TQDK növbəti SAT imtahanı keçirəcək
  5. 150 ballıq tələbə təhsilə necə başağrısı olurdu...
  6. Dövlət hesabına 4 milyon dərslik çap edilib
  7. Bu gün realtv.az-nin təsisçisi Lumu Aydin xanımın ad günüdü
  8. Həsən Ruhani: "Astara-Astara dəmir yolunun birləşdirilməsi İran-Azərbaycan münasibətlərində yeni səhifə açacaq"
  9. Azərbaycanda orqan transplantasiyası üçün xüsusi klinikalar yaradılacaq
  10. Alimlər məktəblərdə nümunəvi dərslər keçəcəklər
  11. Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən çıxardı
  12. Bakıda 25 yaşlı qız zəhərlənib.
  13. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir?
  14. Alimlər insan beyni hazırladı
  15. Gələcək nəsil nağd puldan istifadə etməyəcək
  16. Muhteşem Yüzyıl Kösem 4. Bölüm
Mədəniyyət