» » Mübadilə məntəqələri xarici valyutanın satışını artırıb

Mübadilə məntəqələri xarici valyutanın satışını artırıb

Mübadilə məntəqələri xarici valyutanın satışını artırıb2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda valyuta bazarında əməliyyatların 91%-i ABŞ dollarında, qalan 9%-i isə digər valyutalarda aparılıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2015-ci ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti hesabatında deyilir.

Hesabatda bildirilir ki, 2014-cü ilin sonlarından başlayaraq dünya neft bazarında qiymətlərin kəskin düşməsi və ölkəmizin əsas ticarət tərəfdaşlarında devalvasiya dalğaları daxili valyuta bazarında xarici valyutaya, xüsusilə ABŞ dollarına tələbin artması ilə müşayiət olunub.

2014-cü ilin müvafiq dövrü ilə müqayisədə ABŞ dolları ilə əməliyyatların həcmi 1.8 dəfə, avro ilə əməliyyatların həcmi isə 2.1 dəfə artıb.

Ümumilikdə isə 2015-ci ilin 9 ayında valyuta bazarının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.8 dəfə artıb.

9 ay ərzində Azərbaycanın valyuta bazarında dolların dövriyyəsi 54,085 milyard dollar, avronun dövriyyəsi isə 5,040 milyard avro təşkil edib.

Cari ilin 9 ayında banklar tərəfindən əhaliyə ABŞ dolları ilə satılan xalis nağd xarici valyuta ötən ilin müvafiq dövrünə nəzərən 61.7% artıb.

Nağd xarici valyutaya tələbin artması əsasən I rübdə baş verib. Belə ki, 9 ayda xalis satılan ABŞ dollarının 63%-i, avronun isə 38%-i I rübdə satılıb.

Bunun nəticəsində cari ilin 6 ayında AMB dolların satışını, iyul-sentyabr aylarında isə alışını həyata keçirib.

Hesabat dövründə manatın real effektiv məzənnəsi (qeyri-neft ticarət çəkili) 15% ucuzlaşıb. Bu əsasən nominal effektiv məzənnənin 12.1% ucuzlaşması hesabına baş verib.

Real effektiv məzənnənin ucuzlaşması qeyri-neft sektorunun rəqabət qabiliyyətinə müsbət təsir edən, idxalı əvəzləyən və ixrac sahələrinin inkişafını stimullaşdıran amildir.
Oxşar xəbərlər

Şou-biznes

Kriminal
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Ən çox oxunan / Ən son əlavə edilən
  1. FAIQ ƏHMƏDOVU ZORLAMADA İTTAHAM EDƏN QADIN HƏBS OLUNDU
  2. Zəhra qızıma təbrik!
  3. Yasamal rayonu 286 saylı məktəbdə " Ağla, qərənfil, ağla" adlı tədbir keçirilib.
  4. TQDK növbəti SAT imtahanı keçirəcək
  5. 150 ballıq tələbə təhsilə necə başağrısı olurdu...
  6. Alimlər məktəblərdə nümunəvi dərslər keçəcəklər
  7. Bu gün realtv.az-nin təsisçisi Lumu Aydin xanımın ad günüdü
  8. Dövlət hesabına 4 milyon dərslik çap edilib
  9. Həsən Ruhani: "Astara-Astara dəmir yolunun birləşdirilməsi İran-Azərbaycan münasibətlərində yeni səhifə açacaq"
  10. Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən çıxardı
  11. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir?
  12. Azərbaycanda orqan transplantasiyası üçün xüsusi klinikalar yaradılacaq
  13. Alimlər insan beyni hazırladı
  14. Gələcək nəsil nağd puldan istifadə etməyəcək
  15. Bakıda 25 yaşlı qız zəhərlənib.
  16. İnterpolun axtardığı rus məmur Azərbaycan pasportu ilə tutuldu
Mədəniyyət