» » Rusiyanın daha bir təyyarəsi qəzaya uğradı: göyərtədə 400 nəfər olub

Rusiyanın daha bir təyyarəsi qəzaya uğradı: göyərtədə 400 nəfər olub

Rusiyanın daha bir təyyarəsi qəzaya uğradı: göyərtədə 400 nəfər olubBu gün Rusiya daha bir aviaqəza xəbəri ilə silkələnib. Xabarovsk hava limanında iki təyyarə toqquşub.
Virtualaz.org saytı "RİA Novosti"yə istinadən xəbər verir ki, "Aeroflot" aviaşirkətinə məxsus "Boeing-777" təyyarəsi eniş-uçuş zolağına daxil olarkən "AN-26" təyyarəsi ilə toqquşub. İnsident zamanı heç kəs xəsarət almayıb.

Moskvaya uçmalı olan təyyarənin göyərtəsində 400 sərnişinin olduğu bildirilir. Digər layner isə yük daşımaları üçün nəzərdə tutulub.
Sərnişinlər hadisədən 2 saat sonra digər təyyarə ilə Moskvaya göndəriliblər.
Uzaq Şərq Nəqliyyat Prokurorluğunda faktla bağlı araşdırmalara başlanılıb.

Son günlər Rusiyada aviaqəzalar mövzusuna həssas yanaşılır. Bu, son 10 gündə Rusiya təyyarəsinin iştirakı ilə artıq üçüncü insidentdir. Hadisələrdən ən ciddisi oktyabrın 31-də "A321" sərnişin təyyarəsinin Misirin Sinay yarımdası üzərində qəzaya uğramasıdır.
Şarm-əl-Şeyx - Sankt-Peterburq reysi ilə uçan Rusiyaya məxsus təyyarənin göyərtəsində 224 nəfər olub. Qəza nəticəsində bütün sərnişinlər həlak olublar.
Bundan bir neçə gün sonra Krımda daha bir aviaqəza olub.
Oxşar xəbərlər

Şou-biznes

Kriminal
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Ən çox oxunan / Ən son əlavə edilən
  1. FAIQ ƏHMƏDOVU ZORLAMADA İTTAHAM EDƏN QADIN HƏBS OLUNDU
  2. Zəhra qızıma təbrik!
  3. Yasamal rayonu 286 saylı məktəbdə " Ağla, qərənfil, ağla" adlı tədbir keçirilib.
  4. TQDK növbəti SAT imtahanı keçirəcək
  5. 150 ballıq tələbə təhsilə necə başağrısı olurdu...
  6. Alimlər məktəblərdə nümunəvi dərslər keçəcəklər
  7. Bu gün realtv.az-nin təsisçisi Lumu Aydin xanımın ad günüdü
  8. Dövlət hesabına 4 milyon dərslik çap edilib
  9. Həsən Ruhani: "Astara-Astara dəmir yolunun birləşdirilməsi İran-Azərbaycan münasibətlərində yeni səhifə açacaq"
  10. Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən çıxardı
  11. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir?
  12. Azərbaycanda orqan transplantasiyası üçün xüsusi klinikalar yaradılacaq
  13. Alimlər insan beyni hazırladı
  14. Gələcək nəsil nağd puldan istifadə etməyəcək
  15. Bakıda 25 yaşlı qız zəhərlənib.
  16. İnterpolun axtardığı rus məmur Azərbaycan pasportu ilə tutuldu
Mədəniyyət