» » Birinci siniflərdə tədrislə bağlı yenilik

Birinci siniflərdə tədrislə bağlı yenilik

Azərbaycanda bütün ölkə üzrə orta məktəblərin I siniflərində dərs saatlarının digər siniflərlə müqayisədə yarım saat və ya 1 saat geç başlanılması təklif edilir.

Birinci siniflərdə tədrislə bağlı yenilikAzərbaycan Respublikası Təhsil Şurasının sədri Əjdər Ağayev Trend-ə açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı bütün ölkədə qayda tətbiq edilməli və Təhsil Nazirliyi tərəfindən vahid reqlament təsdiq olunmalıdır.

İbtidai siniflərin I növbədə dərs keçdiklərini və bunun da pedaqoji tələblərə uyğun olduğunu deyən Ə.Ağayev deyib ki, dərslərin I növbədə bir qədər gec başlanılması I siniflərin təhsilinə daha səmərəli təsir göstərə bilər: "Əgər məktəbdə dərslər digər siniflərdə saat 8-də başlayırsa, I siniflərin dərsi saat 9-da başlamalıdır. I sinfə gedənlər 3 saat dərs keçirlər. Bu müddət uzun olmadığına görə, dərslər saat 9-da da başlaya bilər. Bu halda uşaqlar üçün səmərəlilik daha artıq olar".

Ə.Ağayev hesab edir ki, məktəblər öz şəraitlərini, şagirdlərinin məktəbdən uzaq məsafədə yaşadıqlarını əsas gətirərək bu reqlamenti özləri müəyyən edə bilərlər.

Şura sədrinin sözlərinə görə, hazırda ölkədə çox az sayda məktəb I siniflərdə dərsləri digər siniflərdən bir qədər geç başlayırlar: "Həmin məktəblər də bunu daha çox valideynlərin tələbi ilə edir və bununla bağlı məktəbin daxili Pedaqoji Şuraları qərar verir".

Təhsil Nazirliyindən (TN) isə Trend-ə bildirilib ki, hazırda orta məktəblərdə I siniflər də daxil olmaqla, bütün siniflər üzrə dərs saatının konkret hansı saatda başlanılması ilə bağlı reqlament yoxdur.

Nazirlikdən əlavə edilib ki, məktəblər bu saatları TN-nin təsdiqlədiyi tədris planlarına və dərs yükünə uyğun müəyyən edir. Buna görə də məktəblərin I siniflərində dərslərin bu amilləri nəzərə almaqla, bir qədər geç başlanılması mümkündür.
Oxşar xəbərlər

Şou-biznes

Kriminal
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Ən çox oxunan / Ən son əlavə edilən
  1. FAIQ ƏHMƏDOVU ZORLAMADA İTTAHAM EDƏN QADIN HƏBS OLUNDU
  2. Zəhra qızıma təbrik!
  3. Yasamal rayonu 286 saylı məktəbdə " Ağla, qərənfil, ağla" adlı tədbir keçirilib.
  4. TQDK növbəti SAT imtahanı keçirəcək
  5. 150 ballıq tələbə təhsilə necə başağrısı olurdu...
  6. Alimlər məktəblərdə nümunəvi dərslər keçəcəklər
  7. Bu gün realtv.az-nin təsisçisi Lumu Aydin xanımın ad günüdü
  8. Dövlət hesabına 4 milyon dərslik çap edilib
  9. Həsən Ruhani: "Astara-Astara dəmir yolunun birləşdirilməsi İran-Azərbaycan münasibətlərində yeni səhifə açacaq"
  10. Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən çıxardı
  11. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir?
  12. Azərbaycanda orqan transplantasiyası üçün xüsusi klinikalar yaradılacaq
  13. Alimlər insan beyni hazırladı
  14. Gələcək nəsil nağd puldan istifadə etməyəcək
  15. Bakıda 25 yaşlı qız zəhərlənib.
  16. İnterpolun axtardığı rus məmur Azərbaycan pasportu ilə tutuldu
Mədəniyyət