» » Alim Qasımov kilsədə oxudu

Alim Qasımov kilsədə oxudu

Alim Qasımov kilsədə oxuduNorveç Krallığının paytaxtı Oslo şəhərində dünyanın 15 ən yaxşı beynəlxalq musiqi festivalından biri sayılan "Oslo Dünya Musiqi Festivalı" keçirilib. Dünyanın müxtəlif ölkələrindən gəlmiş 300-dən çox musiqiçinin iştirakı ilə altı gün davam edən festivalda Azərbaycan musiqisi də təmsil olunub.

Bu barədə axşam.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən məlumat verilib. Azərbaycan musiqiçiləri bu il ilk dəfə "Oslo Dünya Musiqi Festivalı"na dəvət alıblar. Festival çərçivəsində UNESKO tərəfindən dünyanın qeyri-maddi irsi sayılan muğamın ən yaxşı ifaçılarından biri, Azərbaycanın xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımovanın konserti keçirilib.

Konsert Oslonun ən görkəmli məkanlarından biri olan Yakob kilsəsində baş tutub. Konsertin təşkili Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO), Oslo Azərbaycan Evi və "Oslo Dünya Musiqi Festivalı" təşkilat komitəsinin yaxından əməkdaşlığı sayəsində baş tutub.

Oslo Azərbaycan Evinin rəhbəri Ramil Əliyevin verdiyi məlumata görə, anşlaqla keçən konsertdə Norveç Krallığının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Baard Ivar Svendsen, yerli musiqiçilər, incəsənət və mədəniyyət xadimləri, Oslodakı Azərbaycan diasporunun nümayəndələri və burada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

R.Əliyev Azərbaycanın gələcəkdə də "Oslo Dünya Musiqi Festivalı"nda iştirakını təmin etmək, Azərbaycan musiqisinin beynəlxalq festivallarda təqdim etmək üçün rəhbərlik etdiyi təşkilat tərəfindən dəstək göstəriləcəyini bildirib.
Oxşar xəbərlər

Şou-biznes

Kriminal
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Ən çox oxunan / Ən son əlavə edilən
  1. FAIQ ƏHMƏDOVU ZORLAMADA İTTAHAM EDƏN QADIN HƏBS OLUNDU
  2. Zəhra qızıma təbrik!
  3. Yasamal rayonu 286 saylı məktəbdə " Ağla, qərənfil, ağla" adlı tədbir keçirilib.
  4. TQDK növbəti SAT imtahanı keçirəcək
  5. 150 ballıq tələbə təhsilə necə başağrısı olurdu...
  6. Alimlər məktəblərdə nümunəvi dərslər keçəcəklər
  7. Bu gün realtv.az-nin təsisçisi Lumu Aydin xanımın ad günüdü
  8. Dövlət hesabına 4 milyon dərslik çap edilib
  9. Həsən Ruhani: "Astara-Astara dəmir yolunun birləşdirilməsi İran-Azərbaycan münasibətlərində yeni səhifə açacaq"
  10. Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən çıxardı
  11. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir?
  12. Azərbaycanda orqan transplantasiyası üçün xüsusi klinikalar yaradılacaq
  13. Alimlər insan beyni hazırladı
  14. Gələcək nəsil nağd puldan istifadə etməyəcək
  15. Bakıda 25 yaşlı qız zəhərlənib.
  16. İnterpolun axtardığı rus məmur Azərbaycan pasportu ilə tutuldu
Mədəniyyət