» » Altı aylıq nəvəsini və gəlinini öldürən qayınana mərhəmət istəyir

Altı aylıq nəvəsini və gəlinini öldürən qayınana mərhəmət istəyir

Altı aylıq nəvəsini və gəlinini öldürən qayınana mərhəmət istəyirHüseynova evə daxil olaraq çarpayıda uzanan 6 aylıq nəvəsi Emilyanı boğub.

Bakı Apellyasiya Məhkəməsində Gürcüstan vətəndaşı Şərqiyyə Hüseynovanın (1975-сi il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 120.2.9-cu (aşkar sürətdə köməksiz vəziyyətdə qəsdən adam öldürmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Oxu.Az xəbər verir ki, ötən il dekabrın 10-da Qum adası, Zeytun bağları adlanan ərazidə kirayədə qalan Şərqiyyə Hüseynova birlikdə yaşadığı gəlini Elnarə Nəcəfova (1994-cü il təv.) ilə evin həyətində mübahisə edib. Qəflətən yerdən götürdüyü daş parçası ilə Hüseynova Nəcəfovanın baş nahiyəsinə bir neçə zərbə vurub.

Ağır dərəcəli kəllə-beyin travması alan gəlin hadisə yerində keçinib. Bundan sonra əsəblərini cilovlaya bilməyən qadın evə daxil olaraq çarpayıda uzanan 6 aylıq nəvəsi Emilyanı boğaraq xüsusi amansızlıqla qətlə yetirib. Hadisə barədə xəbər tutan qonşular 102 xidmətinə məlumat verdikdən sonra, hadisə yerinə Suraxanı RPİ 30-cu polis bölməsinin və rayon prokurorluğunun əməkdaşları cəlb olunublar.

İş üzrə araşdırma aparılarkən Şərqiyyə Hüseynovanın əslən gürcüstanlı olduğu, oğlu, gəlini və nəvəsi ilə birgə yaşadığı məlum olub. İlkin dindirmə zamanı o, Gürcüstana köçmək istədiyini, lakin gəlinin qapını bağlayaraq, onu evdən çölə buraxmadığını bildirib. Həmin gündə, neçə vaxtdır ki, davam edən bu söz-söhbət cinayətin törədilməsinə səbəb olub.

Məhkəmə prosesində təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli hesab edib və əməlindən peşman olduğunu göstərib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Hüseynova 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdən təqsirləndirilən qadın apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsində keçirilən ilk iclasda baxışın avqustun 17-nə təyin edilməsi barədə qərar qəbul olunub.
Oxşar xəbərlər

Şou-biznes

Kriminal
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Ən çox oxunan / Ən son əlavə edilən
  1. FAIQ ƏHMƏDOVU ZORLAMADA İTTAHAM EDƏN QADIN HƏBS OLUNDU
  2. Zəhra qızıma təbrik!
  3. Yasamal rayonu 286 saylı məktəbdə " Ağla, qərənfil, ağla" adlı tədbir keçirilib.
  4. TQDK növbəti SAT imtahanı keçirəcək
  5. 150 ballıq tələbə təhsilə necə başağrısı olurdu...
  6. Alimlər məktəblərdə nümunəvi dərslər keçəcəklər
  7. Bu gün realtv.az-nin təsisçisi Lumu Aydin xanımın ad günüdü
  8. Dövlət hesabına 4 milyon dərslik çap edilib
  9. Həsən Ruhani: "Astara-Astara dəmir yolunun birləşdirilməsi İran-Azərbaycan münasibətlərində yeni səhifə açacaq"
  10. Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən çıxardı
  11. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir?
  12. Azərbaycanda orqan transplantasiyası üçün xüsusi klinikalar yaradılacaq
  13. Alimlər insan beyni hazırladı
  14. Gələcək nəsil nağd puldan istifadə etməyəcək
  15. Bakıda 25 yaşlı qız zəhərlənib.
  16. İnterpolun axtardığı rus məmur Azərbaycan pasportu ilə tutuldu
Mədəniyyət