» » Prezident İlham Əliyev sərəncam imzalayıb

Prezident İlham Əliyev sərəncam imzalayıb

Prezident İlham Əliyev sərəncam imzalayıbPrezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
RL.tv-nin AzərTac-a istinadən məlumatına görə, 2012-ci il avqustun 28-də Bakı şəhərində imzalanmış və Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 513-IVQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in yerinə yetirilməsinə yardım etmək məqsədi ilə Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilib.
Komissiyanın həmsədri
İltimas Məmmədov - Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini
Komissiyanın üzvləri:
Sahib Məmmədov - Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini
Natiq Abbasov - Azərbaycan Respublikası energetika nazirinin müavini
Ragim Lətifov - Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
Seyfəddin Talıbov - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Firdovsi Əliyev - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Arif Əsgərov - Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini
Firudin Qurbanov - Azərbaycan Respublikası təhsil nazirinin müavini
Nazim Səmədov - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini
İbrahim Quliyev - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
Rəmzi Teymurov - Azərbaycan Respublikasının Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri
Xəzər Fərhadov - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Birinci Asiya İdarəsinin rəisi.
Xarici İşlər Nazirliyinə bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Koreya Respublikası tərəfinə müvafiq bildiriş göndərməsi tapşırılıb.
Oxşar xəbərlər

Şou-biznes

Kriminal
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Ən çox oxunan / Ən son əlavə edilən
  1. FAIQ ƏHMƏDOVU ZORLAMADA İTTAHAM EDƏN QADIN HƏBS OLUNDU
  2. Zəhra qızıma təbrik!
  3. Yasamal rayonu 286 saylı məktəbdə " Ağla, qərənfil, ağla" adlı tədbir keçirilib.
  4. TQDK növbəti SAT imtahanı keçirəcək
  5. 150 ballıq tələbə təhsilə necə başağrısı olurdu...
  6. Alimlər məktəblərdə nümunəvi dərslər keçəcəklər
  7. Bu gün realtv.az-nin təsisçisi Lumu Aydin xanımın ad günüdü
  8. Dövlət hesabına 4 milyon dərslik çap edilib
  9. Həsən Ruhani: "Astara-Astara dəmir yolunun birləşdirilməsi İran-Azərbaycan münasibətlərində yeni səhifə açacaq"
  10. Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən çıxardı
  11. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir?
  12. Azərbaycanda orqan transplantasiyası üçün xüsusi klinikalar yaradılacaq
  13. Alimlər insan beyni hazırladı
  14. Gələcək nəsil nağd puldan istifadə etməyəcək
  15. Bakıda 25 yaşlı qız zəhərlənib.
  16. İnterpolun axtardığı rus məmur Azərbaycan pasportu ilə tutuldu
Mədəniyyət