» » Dünyanın çox maraqla gözlədiyi görüş

Dünyanın çox maraqla gözlədiyi görüş

Dünyanın çox maraqla gözlədiyi görüş

Son iki il ərzində ilk dəfə şəxsən görüşəcək Putin və Obamanın hansı məsələləri müzakirə edəcəyi maraqla gözlənilir.

realtv.az ANS TV-yə istinadən məlumat verir ki, Rusiya və Amerika prezidentlərinin görüşünün tərəflərdən hansının təşəbbüsü ilə baş tutacağı məsələsinə hələ ki, tam aydınlıq gətirilməyib.

Amerika tərəfi bunun Kremilin təkidlərilə baş tutacağını bəyan etdiyi bir vaxt rəsmi Moskva bu görüşün qarşılıqlı razılaşma ilə keçiriləcəyini deyir. Bəs bu görüş daha çox kimə lazımdır?

Rus siyasi ekspert Konstantin Sivkov Birləşmiş Ştatların Rusiyanın köməyinə möhtac olduğu fikrindədir: “Amerika artıq anladı ki, onun Yaxın və Orta Şərqi tək başına nəzarət altına alma cəhdi uğursuzluqla nəticələndi. Onlar bunu da gözəl anladılar ki, Rusiyaya hücum məqsədilə Ukraynada platsdarm yaratma məqsədlərinə çata bilmədilər. Luqansk və Donetskdəki müharibəni uduzdular. “İŞİD”ə qarşı tək başına mübarizəyə gücləri çatmayacağını da anladılar”.

Suriya hökumətinə dəstəyini bəyan edən və bu ölkəyə hərbi yardım etdiyini gizlətməyən Moskva “İŞİD”lə mübarizə üçün Yaxın Şərqə əsgər göndərəcəkmi?

Politoloq Aleksandr Qusev bu ehtimalın da istisna olmadığına inanır: “Bu gün Suriyada üç hərbi bazamız var. Bunlardan ikisi hələ tam fəaliyətə başlamayıb. Hələ ki, ordumuzun bu ölkəyə göndərilməsinə qərar verilməyib. Biz ümid edirik ki, Suriya hökuməti terrorçulara qarşı öz gücüylə cavab verə biləcək. Ancaq ehtiyac olarsa, ora hərbçi göndərməyimiz də istisna deyil”.

Siyasi ekspertlər Nyu-York görüşünün Kırımla birləşdikdən sonra dünyanın böyük dövlətləri tərəfindən təcrid edilən Rusiyaya yenidən bu dövlətlər arasına qatılma şansı verəcəyini deyirlər.

Rusiya və Amerika prezidentlərinin Nyu-York görüşündə Yaxın Şərqdə əməkdaşlıq məsələsinin müzakirə ediləcəyi gözlənilir. Bu əməkdaşlığın nədən ibarət olacağı isə hələ ki, tam olaraq bilinmir. Amma bilinən odur ki, artıq Ukrayna məsələsi Qərb ilə Rusiyanın münasibətlərində başlıca prioritet olma özəlliyini gedərək itirir.
Oxşar xəbərlər

Şou-biznes

Kriminal
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Ən çox oxunan / Ən son əlavə edilən
  1. FAIQ ƏHMƏDOVU ZORLAMADA İTTAHAM EDƏN QADIN HƏBS OLUNDU
  2. Zəhra qızıma təbrik!
  3. Yasamal rayonu 286 saylı məktəbdə " Ağla, qərənfil, ağla" adlı tədbir keçirilib.
  4. TQDK növbəti SAT imtahanı keçirəcək
  5. 150 ballıq tələbə təhsilə necə başağrısı olurdu...
  6. Alimlər məktəblərdə nümunəvi dərslər keçəcəklər
  7. Bu gün realtv.az-nin təsisçisi Lumu Aydin xanımın ad günüdü
  8. Dövlət hesabına 4 milyon dərslik çap edilib
  9. Həsən Ruhani: "Astara-Astara dəmir yolunun birləşdirilməsi İran-Azərbaycan münasibətlərində yeni səhifə açacaq"
  10. Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən çıxardı
  11. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir?
  12. Azərbaycanda orqan transplantasiyası üçün xüsusi klinikalar yaradılacaq
  13. Alimlər insan beyni hazırladı
  14. Gələcək nəsil nağd puldan istifadə etməyəcək
  15. Bakıda 25 yaşlı qız zəhərlənib.
  16. İnterpolun axtardığı rus məmur Azərbaycan pasportu ilə tutuldu
Mədəniyyət