» » Putin: "Suriya ikinci cəbhə açmaq iqtidarında deyil"

Putin: "Suriya ikinci cəbhə açmaq iqtidarında deyil"

Putin: "Suriya ikinci cəbhə açmaq iqtidarında deyil""Suriyaya İsraillə hərbi əməliyyatlar lazım deyil. Çünki Dəməşqin hazırda qarşısında duran əsas məsələ dövlətçiliyi qoruyub saxlamaqdır".

APA-nın TASS agentliyinə görə, bunu İsrail baş naziri Benyamin Netanyahu ilə görüşdə Rusiya prezidenti Vladimir Putin deyib:

"İsrail ərazisinin atəşə tutulmasına gəldikdə isə biz bunu qınayırıq. Məlumdur ki, atəş kustar üsulla hazırlanmış raket sistemlərindən açılır. Suriya ordusu ikinci cəbhə açmaq iqtidarında deyil".

Putin Rusiyanın Yaxın Şərq siyasətinin həmişə məsuliyyətli olacağını bildirib: "İsrail dövlətində keçmiş Sovet İttifaqından çıxmış çoxlu sayda insanlar məskunlaşıblar. Bu isə dövlətlərarası münasibətlərimizdə xüsusi iz qoyur. Rusiyanın bölgədəki fəaliyyəti həmişə məsuliyyətli olacaq".

Öz növbəsində B. Netanyahu Moskvaya səfər səbəbinin regionda vəziyyətin pisləşməsi ilə bağlı olduğunu gizlətməyib. "İsrail və Rusiyanın ümumi marağı Yaxın Şərqdə sabitliyin qorunmasıdır. Mən təhlükəsizlik sahəsində gərgin vəziyyətə görə buradayam. Vəziyyət günü-gündən gərginləşir".

İsrail baş naziri İran və Suriyanı Qolan təpələrində İsrailə qarşı ikinci terror cəbhəsi açmaqda ittiham edib.
Oxşar xəbərlər

Şou-biznes

Kriminal
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Ən çox oxunan / Ən son əlavə edilən
  1. FAIQ ƏHMƏDOVU ZORLAMADA İTTAHAM EDƏN QADIN HƏBS OLUNDU
  2. Zəhra qızıma təbrik!
  3. Yasamal rayonu 286 saylı məktəbdə " Ağla, qərənfil, ağla" adlı tədbir keçirilib.
  4. TQDK növbəti SAT imtahanı keçirəcək
  5. 150 ballıq tələbə təhsilə necə başağrısı olurdu...
  6. Alimlər məktəblərdə nümunəvi dərslər keçəcəklər
  7. Bu gün realtv.az-nin təsisçisi Lumu Aydin xanımın ad günüdü
  8. Dövlət hesabına 4 milyon dərslik çap edilib
  9. Həsən Ruhani: "Astara-Astara dəmir yolunun birləşdirilməsi İran-Azərbaycan münasibətlərində yeni səhifə açacaq"
  10. Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən çıxardı
  11. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir?
  12. Azərbaycanda orqan transplantasiyası üçün xüsusi klinikalar yaradılacaq
  13. Alimlər insan beyni hazırladı
  14. Gələcək nəsil nağd puldan istifadə etməyəcək
  15. Bakıda 25 yaşlı qız zəhərlənib.
  16. İnterpolun axtardığı rus məmur Azərbaycan pasportu ilə tutuldu
Mədəniyyət