» » "İran Avropaya qaz nəqlini Cənub Qaz Dəhlizi vasitəsilə həyata keçirməyəcək"

"İran Avropaya qaz nəqlini Cənub Qaz Dəhlizi vasitəsilə həyata keçirməyəcək"

"İran Avropaya qaz nəqlini Cənub Qaz Dəhlizi vasitəsilə həyata keçirməyəcək"Gələn onilliyin sonunadək İran Avropa İttifaqının əsas təbii qaz təchizatçılarından biri ola bilər.

APA-nın xəbərinə görə, bu barədə "The Wall Street Journal" nəşri yazıb.

Nəşrin yazdığına görə, Avropa Komissiyası İrandan 2030-cu ilə kimi 25 -35 milyon kubmetr qaz idxal edə biləcəyinə ümid edir. Bununla da İrandan olan qaz idxalının həcmi Şimali Afrikadan olan idxalla eynilik təşkil edəcək və Aİ-nin Rusiyadan olan qaz asılılığını azaltmağa kömək edəcək. Qeyd edək ki, Rusiya hazırda Avropaya 130 mlrd. kubmetr qaz ixrac edir.

Avropa İttifaqının ilkin dəyərləndirmələrinə görə, İrandan Avropaya ötürüləcək 35 mlrd. kubmetr qazın əsas hissəsi sıxılmış halda İspaniya vasitəsilə çatdırılacaq. Bu həcm isə gələn ilin əvvəlində nəşr olunacaq "Sıxılmış qazın çatdırılmasının inkişafı strategiyası"na daxil ediləcək. Bu isə o deməkdir ki, yaxın vaxtlarda Avropa İttifaqı İranı Azərbaycandan Avropaya qaz nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi ilə bağlamağa cəhd etməyəcək. Bunun əvəzində İspaniyadan olan boru xətti sistemini genişləndiriləcək. Artıq Avropa şirkətləri də İranla energetika sahəsində əməkdaşlıqda maraqlı olduqlarını bəyan ediblər.

Qeyd edək ki, İran 2016-cı ildən başlayaraq sutkalıq qaz istehsalı həcmini artırmağa hazır olduğu bəyan edib. Öncə hasilat gündə 700 mln. kubmetrə çatdırılacaq, yəni indikindən 50 mln. kubmetr çox olacaq. Gələcəkdə isə İran bu həcmi gündəlik 1,2 mlrd. kubmetrə çatdırmağı planlaşdırır.
Oxşar xəbərlər

Şou-biznes

Kriminal
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Ən çox oxunan / Ən son əlavə edilən
  1. FAIQ ƏHMƏDOVU ZORLAMADA İTTAHAM EDƏN QADIN HƏBS OLUNDU
  2. Zəhra qızıma təbrik!
  3. Yasamal rayonu 286 saylı məktəbdə " Ağla, qərənfil, ağla" adlı tədbir keçirilib.
  4. TQDK növbəti SAT imtahanı keçirəcək
  5. 150 ballıq tələbə təhsilə necə başağrısı olurdu...
  6. Dövlət hesabına 4 milyon dərslik çap edilib
  7. Bu gün realtv.az-nin təsisçisi Lumu Aydin xanımın ad günüdü
  8. Həsən Ruhani: "Astara-Astara dəmir yolunun birləşdirilməsi İran-Azərbaycan münasibətlərində yeni səhifə açacaq"
  9. Azərbaycanda orqan transplantasiyası üçün xüsusi klinikalar yaradılacaq
  10. Alimlər məktəblərdə nümunəvi dərslər keçəcəklər
  11. Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən çıxardı
  12. Bakıda 25 yaşlı qız zəhərlənib.
  13. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir?
  14. Alimlər insan beyni hazırladı
  15. Gələcək nəsil nağd puldan istifadə etməyəcək
  16. Muhteşem Yüzyıl Kösem 4. Bölüm
Mədəniyyət