» » Rövnəq Abdullayev: Evlərin altından sızan qaz ətrafa təhlükə yaradır

Rövnəq Abdullayev: Evlərin altından sızan qaz ətrafa təhlükə yaradır

Rövnəq Abdullayev: Evlərin altından sızan qaz ətrafa təhlükə yaradır“Mən bununla bağlı dəfələrlə çıxış edərək əhaliyə müraciət etmişəm”.

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Abşeron rayonunun Masazır qəsəbəsində yaşayış evlərinin altında baş verən qaz sızmasına münasibət bildirib.
RL.tv-nin APA-ya istinadən məlumatına görə, R. Abdullayev bildirib ki, evlərin altından sızan şist qazdır:

“Həmin ərazidə şist qaz və bitum layları var. Məhz buna görə, həmin ərazidə baş verən qaz sızması təbii haldır. Sızan qaz ətrafa təhlükə yaradır”.

ARDNŞ prezidenti deyib ki, şist qaz və bitum laylarının üzərində evlərin tikintisi qanunsuzdur. “Məlumdur ki, Abşeron rayonu, eləcə də Masazır qəsəbəsi qaz sızmaları olan bir ərazidir. Neçə ildir Azərbaycan Dövlət Neft Şirkəti həmin ərazilərdəki neft və qazçıxarma mədənlərinin yaxınlığında qanunsuz olaraq evlərin tikilməsinin çox təhlükəli olduğunu bəyan edir. Mən bununla bağlı dəfələrlə çıxış edərək əhaliyə müraciət etmişəm. Masazırın bəzi yerlərində yeraltı qrunt qazsızmaları mövcuddur və ərazi yaşayış üçün təhlükəlidir. Baş nazirin müavini Abid Şərifovun rəhbərliyi ilə Fövqəladə Hallar Nazirliyi, ARDNŞ, AMEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri əraziyə bir neçə dəfə baxış keçirib, yoxlama işləri davam etdirilir”.
Oxşar xəbərlər

Şou-biznes

Kriminal
«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Ən çox oxunan / Ən son əlavə edilən
  1. FAIQ ƏHMƏDOVU ZORLAMADA İTTAHAM EDƏN QADIN HƏBS OLUNDU
  2. Zəhra qızıma təbrik!
  3. Yasamal rayonu 286 saylı məktəbdə " Ağla, qərənfil, ağla" adlı tədbir keçirilib.
  4. TQDK növbəti SAT imtahanı keçirəcək
  5. 150 ballıq tələbə təhsilə necə başağrısı olurdu...
  6. Alimlər məktəblərdə nümunəvi dərslər keçəcəklər
  7. Bu gün realtv.az-nin təsisçisi Lumu Aydin xanımın ad günüdü
  8. Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən çıxardı
  9. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir?
  10. Azərbaycanda orqan transplantasiyası üçün xüsusi klinikalar yaradılacaq
  11. Dövlət hesabına 4 milyon dərslik çap edilib
  12. Həsən Ruhani: "Astara-Astara dəmir yolunun birləşdirilməsi İran-Azərbaycan münasibətlərində yeni səhifə açacaq"
  13. Alimlər insan beyni hazırladı
  14. Gələcək nəsil nağd puldan istifadə etməyəcək
  15. Bakıda 25 yaşlı qız zəhərlənib.
  16. İnterpolun axtardığı rus məmur Azərbaycan pasportu ilə tutuldu
Mədəniyyət