» » İlham Əliyev: Azərbaycan dəmir yolu öz səviyyəsini qaldırır

İlham Əliyev: Azərbaycan dəmir yolu öz səviyyəsini qaldırır

İlham Əliyev: Azərbaycan dəmir yolu öz səviyyəsini qaldırır“Belə gözəl qatarlarda çox yüksək xidmət də olmalıdır”.

Azərbaycan dəmir yolu öz səviyyəsini qaldırır. Daha da yüksək səviyyədə olmalıdır. Ən müasir standartlara cavab verməlidir. Bütün imkanlar var. Yeni gözəl qatarlar almışıq.

RL.tv AzərTAc-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev dəmir yolu vağzalında əsaslı təmir olunmuş Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarı ilə tanışlıq zamanı deyib.

“Belə gözəl qatarlarda çox yüksək xidmət də olmalıdır. Əminəm ki, belə də olacaq. Dəmir yolları tikilir, yeni xətlər açılır. Bütün bu işlər görülür. Əminəm ki, yaxın zamanlarda Azərbaycan vətəndaşları bu müsbət dəyişiklikləri görəcəklər və Azərbaycan dəmir yolu ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf edəcək. Çünki bu sahədə islahatlara böyük ehtiyac var. Bu, çox vacib sahədir. Dəmir yolu sistemində minlərlə insan işləyir. Bizim xətlərimiz yeniləşməlidir.

Bakı-Sumqayıt xətti qısa müddət ərzində tikilib, bu gün istifadəyə verilib. Həm xətt yenilənir, - indi qatarlar yüksək sürətlə işləyəcək,- həm də qatarlar da ən yüksək səviyyəyə malikdir. Dünyanın inkişaf etmiş ölkələrində olan qatarlar bu gün Azərbaycanda da var. Sizin üçün gözəl formalar da tikilib. Əminəm ki, çox gözəl mədəni xidmət göstərəcəksiniz. Sərnişinlər də razı olacaqlar. Sizi bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram” - dövlət başçısı qeyd edib.
Oxşar xəbərlər

Şou-biznes

Kriminal
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Ən çox oxunan / Ən son əlavə edilən
  1. FAIQ ƏHMƏDOVU ZORLAMADA İTTAHAM EDƏN QADIN HƏBS OLUNDU
  2. Zəhra qızıma təbrik!
  3. Yasamal rayonu 286 saylı məktəbdə " Ağla, qərənfil, ağla" adlı tədbir keçirilib.
  4. TQDK növbəti SAT imtahanı keçirəcək
  5. 150 ballıq tələbə təhsilə necə başağrısı olurdu...
  6. Alimlər məktəblərdə nümunəvi dərslər keçəcəklər
  7. Bu gün realtv.az-nin təsisçisi Lumu Aydin xanımın ad günüdü
  8. Dövlət hesabına 4 milyon dərslik çap edilib
  9. Həsən Ruhani: "Astara-Astara dəmir yolunun birləşdirilməsi İran-Azərbaycan münasibətlərində yeni səhifə açacaq"
  10. Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən çıxardı
  11. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir?
  12. Azərbaycanda orqan transplantasiyası üçün xüsusi klinikalar yaradılacaq
  13. Alimlər insan beyni hazırladı
  14. Gələcək nəsil nağd puldan istifadə etməyəcək
  15. Bakıda 25 yaşlı qız zəhərlənib.
  16. İnterpolun axtardığı rus məmur Azərbaycan pasportu ilə tutuldu
Mədəniyyət