» » Azərbaycanda son 8 ayda 43 sahibkar həbs edilib

Azərbaycanda son 8 ayda 43 sahibkar həbs edilib

Azərbaycanda son 8 ayda 43 sahibkar həbs edilibBu ilin səkkiz ayı ərzində 1585 vergi ödəyicisi barəsində toplanmış materiallar Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.

Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən İnterAz-a verilən məlumata görə, onlardan 123 vergi ödəyicisi ümumilikdə 2,1 milyon manat məbləğində borclarını tam ödədikləri üçün barələrində cinayət işinin başlanmasından imtina olunması barədə qərar çıxarılıb, 162,6 milyon manat məbləğində vergiləri ödəməkdən yayınmış 1394 fiziki və hüquqi şəxs barəsində isə cinayət işləri başlanılıb.

Başlanmış cinayət işləri üzrə ilk 8 ay ərzində dövlətə vurulmuş 36,9 milyon manat məbləğində ziyanın ödənilməsi təmin edilib, 29,8 milyon manat məbləğində vergi borcunu tam ödəmiş vergi ödəyiciləri barədə 363 iş üzrə icraata xitam verilib. Araşdırılması davam etdirilən 152 cinayət işi üzrə daha 7,1 milyon manat məbləğində vergi borcu da dövlət büdcəsinə ödənilib.

Cinayət işləri üzrə araşdırma aparılarkən istintaqdan yayınan və ya araşdırmaya maneçilik törədən 81 sahibkar şübhəli şəxs qismində tutulub, onlardan 43-ü barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Dövlət büdcəsinə olan vergi borcuna görə haqqında cinayət işi açılmış vergi ödəyicilərinin adlarının ictimaiyyətə açıqlanmasında məqsəd onlar barəsində məlumatlandırmaqdır.

Məlumat üçün bildiririk ki, belə vergi ödəyicilərinin tam siyahısı ilə Vergilər Nazirliyinin www.taxes.gov.az rəsmi internet səhifəsinin «Borclu vergi ödəyiciləri» bölməsində tanış ola bilərsiniz.
Oxşar xəbərlər

Şou-biznes

Kriminal
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Ən çox oxunan / Ən son əlavə edilən
  1. FAIQ ƏHMƏDOVU ZORLAMADA İTTAHAM EDƏN QADIN HƏBS OLUNDU
  2. Zəhra qızıma təbrik!
  3. Yasamal rayonu 286 saylı məktəbdə " Ağla, qərənfil, ağla" adlı tədbir keçirilib.
  4. TQDK növbəti SAT imtahanı keçirəcək
  5. 150 ballıq tələbə təhsilə necə başağrısı olurdu...
  6. Alimlər məktəblərdə nümunəvi dərslər keçəcəklər
  7. Bu gün realtv.az-nin təsisçisi Lumu Aydin xanımın ad günüdü
  8. Dövlət hesabına 4 milyon dərslik çap edilib
  9. Həsən Ruhani: "Astara-Astara dəmir yolunun birləşdirilməsi İran-Azərbaycan münasibətlərində yeni səhifə açacaq"
  10. Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən çıxardı
  11. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir?
  12. Azərbaycanda orqan transplantasiyası üçün xüsusi klinikalar yaradılacaq
  13. Alimlər insan beyni hazırladı
  14. Gələcək nəsil nağd puldan istifadə etməyəcək
  15. Bakıda 25 yaşlı qız zəhərlənib.
  16. İnterpolun axtardığı rus məmur Azərbaycan pasportu ilə tutuldu
Mədəniyyət