» » Səfərbərlik xidməti: “Hərbi komissarlıqlara çağırılmaqla bağlı təşvişə düşməyə ehtiyac yoxdur”

Səfərbərlik xidməti: “Hərbi komissarlıqlara çağırılmaqla bağlı təşvişə düşməyə ehtiyac yoxdur”

Səfərbərlik xidməti: “Hərbi komissarlıqlara çağırılmaqla bağlı təşvişə düşməyə ehtiyac yoxdur”Hərbi Xidməti bitirib ehtiyata buraxılan əsgərlərdən bir hissəsi yenidən hərbi hissələrə çağırılırlar.

RL.tv xəbər verir ki, dünəndən etibarən başlayan proses hazırda davam etdirilir.

Respublikanın bütün rayonlarından ehtiyatda olan hərbi vəzifəlilərin hərbi hissələrə toplanması, onların hərbi təlimlərə yenidən qatılması və döyüş şəraitinin yoxlanılması həyata keçirilir.

Həyata keçirilən proses bir sıra insanlarda təşviş yaradıb və ölkənin müharibəyə hazırlaşması barədə sosial şəbəkələrdə informasiyalar yayılmaqdadır.

Hərbi hissələrə aparılan şəxslər neçə müddətə çağırıldıqlarından xəbərsizdirlər.

Təşvişə düşmənin səbəbi kimi bir sıra şəxslərin gecə vaxtı təcili hərbi komissarlığa dəvət edilmələri olub.

Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbəri Nurəddin Heydərov Gün.Az-a bildirib ki, bu qanunvericilikdə nəzərdə tutulan prosesdir və müxtəlif zamanlarda həyata keçirilir:

“Ötən il və bu il ərzində bir neçə dəfə belə toplanışlar keçirilib.

O zaman biz 100 faizlik nəticəyə nail olmuşduq. İstər müharibə şəraiti, istərsə də sülh dövründə olsun, hər bir azərbaycanlı səfərbərliyə çağırılmaqdan qürur duymalıdır. Burada təşvişə düşməyə də ehtiyac yoxdur.

Hər bir hərbi mükəlləfiyyətli şəxs hərbi xidməti başa vuranda ona izah edilir ki, hər hansısa bir zamanda onlar yenidən hərbi toplanışlara çağırıla bilərlər. Ola bilər ki, kimsə bunu unudur. Amma bu, qanunvericiliklə nizamlanan prosesdir”.

Məlumat üçün bildirək ki, çağırış Müdafiə Nazirliyinin sentyabr ayının 6-da Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən müdafiə nazirinin rəhbərliyi altında sentyabrın 6-dan 13-dək Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüşə hazırolma və döyüş qabiliyyətinin yoxlanılması məqsədilə Komanda Qərargah Hərbi Oyunları ilə əlaqədardır.

Avqustun 6-sı Müdafiə Nazirliyi Komanda Qərargah Hərbi Oyunlarına başlayıb. Oyunlara 65.000 nəfərədək şəxsi heyət, 700-dək zirehli texnika, 500-dən çox raket və artilleriya qoşunlarının qurğusu, Hərbi Hava Qüvvələrinin 40-dək təyyarəsi və 50-dək helikopteri, Hərbi Dəniz Qüvvələrinin 20-dək gəmi və kateri, eləcə də Xüsusi Təyinatlı Qüvvələrin və qruplaşmaların havadan mühafizəsi məqsədilə qoşunların hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri cəlb edilib.
Oxşar xəbərlər

Şou-biznes

Kriminal
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Ən çox oxunan / Ən son əlavə edilən
  1. FAIQ ƏHMƏDOVU ZORLAMADA İTTAHAM EDƏN QADIN HƏBS OLUNDU
  2. Zəhra qızıma təbrik!
  3. Yasamal rayonu 286 saylı məktəbdə " Ağla, qərənfil, ağla" adlı tədbir keçirilib.
  4. TQDK növbəti SAT imtahanı keçirəcək
  5. 150 ballıq tələbə təhsilə necə başağrısı olurdu...
  6. Alimlər məktəblərdə nümunəvi dərslər keçəcəklər
  7. Bu gün realtv.az-nin təsisçisi Lumu Aydin xanımın ad günüdü
  8. Dövlət hesabına 4 milyon dərslik çap edilib
  9. Həsən Ruhani: "Astara-Astara dəmir yolunun birləşdirilməsi İran-Azərbaycan münasibətlərində yeni səhifə açacaq"
  10. Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən çıxardı
  11. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir?
  12. Azərbaycanda orqan transplantasiyası üçün xüsusi klinikalar yaradılacaq
  13. Alimlər insan beyni hazırladı
  14. Gələcək nəsil nağd puldan istifadə etməyəcək
  15. Bakıda 25 yaşlı qız zəhərlənib.
  16. İnterpolun axtardığı rus məmur Azərbaycan pasportu ilə tutuldu
Mədəniyyət