» Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə qaz nəqlinin bərpa olunacağı tarix açıqlandı

Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə qaz nəqlinin bərpa olunacağı tarix açıqlandı

  • 27-08-2015, 00:17
  • ---
  • Oxunub: 98
Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə qaz nəqlinin bərpa olunacağı tarix açıqlandıBu gündən Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Qars vilayətindən keçən hissəsində təmir işlərinə başlanılıb.
Bunu APA-ya Qars vilayətinin Sarıqamış bölgəsinin icra nümayəndəsi Yusif İzzət Karaman bildirib.

Onun sözlərinə görə, PKK terrorçuları tərəfindən törədilən partlayış nəticəsində qaz kəmərinə dəyən ziyanın həcmi o qədər də böyük deyil: "Lokal şəkildə kiçik bir nöqtədə, kəmərin 50 metrlik hissəsinə zərər dəyib. Düzdür, zərər nə qədər az olsa da, kəmərin fəaliyyətinə təsir göstərir".

İcra nümayəndəsi bildirib ki, təmir işləri ən qısa zamanda yekunlaşacaq: "Bildiyiniz kimi, təxminən bir ay əvvəl də analoji partlayış baş vermişdi. Həmin partlayışdan üç gün sonra təbii qazın nəqli bərpa edilmişdi. Bu dəfə isə partlayışdan dörd gün sonra qaz nəqli bərpa ediləcək".

Qurum rəsmisi əlavə edib ki, təmir işlərinin tamamlanmadığı üçün qaz kəmərinə dəyən ziyanı ölçmək mümkün deyil.

Onun sözlərinə görə, qaz kəmərinin təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilib: "Boru xəttinin keçdiyi ərazilərdə təhlükəsizlik qüvvələrinin və nəzarət məntəqələrinin sayı artırılır".

Xatırladaq ki, avqustun 24-də PKK terrorçuları Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Qars vilayətindən keçən hissəsində partlayış törədiblər.

Partlayış kəmərin Qars vilayətinin Sarıqamış qəsəbəsindən keçən hissəsində törədilib.

Qars valisi Günay Özdəmir mətbuata açıqlamasında partlayışın 20-dək PKK terrorçusunun hücumu nəticəsində törədildiyini bildirib. Onun sözlərinə görə, kəmər vasitəsilə təbii qazın nəqli dayandırılıb. Hadisə yerində müşahidə olunan güclü alov qonşu Ərzurum vilayətinin bəzi yaşayış məntəqələrindən də aydın görünüb.

Ərazi jandarma və polis qüvvələri tərəfindən nəzarətə götürülüb.

Qeyd edək ki, bundan əvvəl avqustun 4-də də Bakı-Tbilisi-Ərzurum qaz kəmərində partlayış törədilib.
Oxşar xəbərlər

Şou-biznes

Kriminal
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Ən çox oxunan / Ən son əlavə edilən
  1. FAIQ ƏHMƏDOVU ZORLAMADA İTTAHAM EDƏN QADIN HƏBS OLUNDU
  2. Zəhra qızıma təbrik!
  3. Yasamal rayonu 286 saylı məktəbdə " Ağla, qərənfil, ağla" adlı tədbir keçirilib.
  4. TQDK növbəti SAT imtahanı keçirəcək
  5. 150 ballıq tələbə təhsilə necə başağrısı olurdu...
  6. Alimlər məktəblərdə nümunəvi dərslər keçəcəklər
  7. Bu gün realtv.az-nin təsisçisi Lumu Aydin xanımın ad günüdü
  8. Dövlət hesabına 4 milyon dərslik çap edilib
  9. Həsən Ruhani: "Astara-Astara dəmir yolunun birləşdirilməsi İran-Azərbaycan münasibətlərində yeni səhifə açacaq"
  10. Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən çıxardı
  11. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir?
  12. Azərbaycanda orqan transplantasiyası üçün xüsusi klinikalar yaradılacaq
  13. Alimlər insan beyni hazırladı
  14. Gələcək nəsil nağd puldan istifadə etməyəcək
  15. Bakıda 25 yaşlı qız zəhərlənib.
  16. İnterpolun axtardığı rus məmur Azərbaycan pasportu ilə tutuldu
Mədəniyyət