» » İran İKT sahəsində Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir

İran İKT sahəsində Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir

  • 23-08-2015, 23:58
  • gundem,
  • Oxunub: 116
İran İKT sahəsində Azərbaycanla əməkdaşlıq etmək niyyətindədirİran informasiya-kommunikasiya texnologiyaları (İKT), həmçinin peyk rabitəsi sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir.
Bunu Trend-ə eksklüziv müsahibəsində İranın Rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın iranlı həmsədri Mahmud Vaezi deyib.

Nazir bildirib ki, Azərbaycan Rabitə və Yüksək Texnologiayalar naziri Əli Abbasovla yeni texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi üçün danışıqlar aparılıb: "Danışıqlar zamanı İKT və peyk rabitəsi sahəsində əməkdaşlıq məsələsi müzakirə olunub, həmçinin İran kanallarının Azərbaycan peyki vasitəsilə yayımlanması ilə bağlı ilkin danışıqlar aparılıb".

M.Vaezi qeyd edib ki, bu sahədə Azərbaycan və İran şirkətləri də danışıqlar aparır: "Ə.Abbasov İrana səfəri zamanı İran şirkətləri ilə tanış oldu. Mən də Azərbaycana səfərim zamanı Azərbaycan şirkətləri ilə tanış oldum. Bundan başqa, iki həftə əvvəl Azərbaycan Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini İltimas Məmmədov Tehrana səfəri zamanı bir sıra İran şirkətləri ilə tanış oldu. Düşünürəm ki, İKT sahəsində əməkdaşlıq etmək üçün ölkələrimiz arasında böyük potensial var".

O qeyd edib ki, Azərbaycan və İran bərpa oluna bilən enerji məsələsini də müzakirə edib. Bu məsələ ilə bağlı İranın Energetika Nazirliyi və Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən sənədlər paketi hazırlanıb: "Sənədlər yaxın gələcəkdə imzalanacaq. Bu, alternativ və bərpa olunan enerji sahəsində İran və Azərbaycan arasında əməkdaşlığın genişlənməsinə imkan yaradacaq".

M.Vaezi, həmçinin bildirib ki, İran Azərbaycanla birgə avtomobil və dərman preparatlarının istehsalında da maraqlıdır. O qeyd edib ki, iki ölkənin özəl sektorlarının əməkdaşlığı üçün əlverişli şərait var.
Oxşar xəbərlər

Şou-biznes

Kriminal
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Ən çox oxunan / Ən son əlavə edilən
  1. FAIQ ƏHMƏDOVU ZORLAMADA İTTAHAM EDƏN QADIN HƏBS OLUNDU
  2. Zəhra qızıma təbrik!
  3. Yasamal rayonu 286 saylı məktəbdə " Ağla, qərənfil, ağla" adlı tədbir keçirilib.
  4. TQDK növbəti SAT imtahanı keçirəcək
  5. 150 ballıq tələbə təhsilə necə başağrısı olurdu...
  6. Dövlət hesabına 4 milyon dərslik çap edilib
  7. Bu gün realtv.az-nin təsisçisi Lumu Aydin xanımın ad günüdü
  8. Həsən Ruhani: "Astara-Astara dəmir yolunun birləşdirilməsi İran-Azərbaycan münasibətlərində yeni səhifə açacaq"
  9. Azərbaycanda orqan transplantasiyası üçün xüsusi klinikalar yaradılacaq
  10. Alimlər məktəblərdə nümunəvi dərslər keçəcəklər
  11. Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən çıxardı
  12. Bakıda 25 yaşlı qız zəhərlənib.
  13. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir?
  14. Alimlər insan beyni hazırladı
  15. Gələcək nəsil nağd puldan istifadə etməyəcək
  16. Muhteşem Yüzyıl Kösem 4. Bölüm
Mədəniyyət