» » İşsizlərin nəzərinə: yarmarka olacaq

İşsizlərin nəzərinə: yarmarka olacaq

İşsizlərin nəzərinə: yarmarka olacaqƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Oğuz və Hacıqabul rayonlarında Əmək yarmarkaları keçirəcək.

RL.tv xəbər verir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX) avqustun 20-də Oğuz rayonunda (Oğuz rayon Məşğulluq Mərkəzinin inzibati binası), avqustun 21-də isə Hacıqabul rayonunda (Hacıqabul rayon Mədəniyyət Evi) Əmək yarmarkaları təşkil edəcək.

Əmək yarmarkalarına hazırlıq işləri çərçivəsində həmin rayonlardakı müəssisələrdən boş (vakant) iş yerləri barədə məlumatların toplanması işləri aparılır. İlkin məlumata əsasən, Oğuz rayonunda 30 müəssisə üzrə 180, Hacıqabul rayonunda isə 33 müəssisə üzrə 130-dan çox boş iş yerinin işsiz və işaxtaran vətəndaşlara təqdim edilməsi nəzərdə tutulur. Tədbirlər zamanı peşə hazırlığı və əlavə təhsil kurslarına, haqqı ödənilən ictimai işlərə cəlb olunmaq istəyən şəxslərin qeydiyyatı da aparılacaq.

Cari ilin ötən dövründə Xidmət tərəfindən respublikamızın 19 rayonunda keçirilən Əmək yarmarkalarında ümumilikdə 1330 nəfərə boş iş yerlərinə göndəriş verilib, 120 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına, 31 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunmaq üçün qeydiyyata alınıb.
Oxşar xəbərlər

Şou-biznes

Kriminal
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Ən çox oxunan / Ən son əlavə edilən
  1. FAIQ ƏHMƏDOVU ZORLAMADA İTTAHAM EDƏN QADIN HƏBS OLUNDU
  2. Zəhra qızıma təbrik!
  3. Yasamal rayonu 286 saylı məktəbdə " Ağla, qərənfil, ağla" adlı tədbir keçirilib.
  4. TQDK növbəti SAT imtahanı keçirəcək
  5. 150 ballıq tələbə təhsilə necə başağrısı olurdu...
  6. Alimlər məktəblərdə nümunəvi dərslər keçəcəklər
  7. Bu gün realtv.az-nin təsisçisi Lumu Aydin xanımın ad günüdü
  8. Dövlət hesabına 4 milyon dərslik çap edilib
  9. Həsən Ruhani: "Astara-Astara dəmir yolunun birləşdirilməsi İran-Azərbaycan münasibətlərində yeni səhifə açacaq"
  10. Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən çıxardı
  11. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir?
  12. Azərbaycanda orqan transplantasiyası üçün xüsusi klinikalar yaradılacaq
  13. Alimlər insan beyni hazırladı
  14. Gələcək nəsil nağd puldan istifadə etməyəcək
  15. Bakıda 25 yaşlı qız zəhərlənib.
  16. İnterpolun axtardığı rus məmur Azərbaycan pasportu ilə tutuldu
Mədəniyyət