» » İranda prezidentliyə namizədlərin irəli sürülməsi başa çatdı

İranda prezidentliyə namizədlərin irəli sürülməsi başa çatdı

İranda prezidentliyə namizədlərin irəli sürülməsi başa çatdıXarici güclərin Suriyada mövcudluğu həmişə problem yaradacaq və indiyədək heç bir problem həll edilməyib.
realtv.az report-a istinadən xəbər verir ki, bunu İran prezidenti vəzifəsinə namizədliyə iddiaçı, Məşhəddəki İmam Rza məqbərəsinə yığılan ianələri və ehsanları idarə edən fondun rəhbəri İbrahim Rəisi "Anadolu" agentliyinə müsahibəsində bildirib.

"Suriyanın taleyini suriyalıların öz ixtiyarına buraxaq", - deyə İbrahim Rəisi vurğulayıb.
Suriyada İran hərbçilərinin də mövcudluğu haqda məlumatlar var.

İ.Rəisi bildirib ki, prezident olsa, İsraildən başqa bütün dövlətlərlə qarşılıqlı hörmət əsasında ikitərəfəli münasibətlərin qurulması siyasətini yürüdəcək.

İnformasiyaya görə, o, hazırkı prezident və bu posta yenidən iddiaçı Həsən Ruhaninin əsas rəqibi sayılır. H.Ruhani də ötən gün prezidentliyə namizəd kimi qeydiyyatdan keçmək üçün sənədlərini ölkənin Daxili İşlər Nazirliyinə təqdim edib.

Məlumata əsasən, 56 yaşlı İ.Rəisi inqilab illərində və İran - İraq müharibəsi zamanı ölkəsinin ovaxtkı ali rəhbəri ayətullah Xomeyninin təlimatları mövcud hakimiyyətə müxalif olanlar barədə edam qərarını qəbul edənlərdən ibarət "ölüm komitəsi"nin üzvlərindən olub.

Xatırladaq ki, İranda prezident seçkisinin mayın 19-da keçirilməsi planlaşdırılıb. 11 - 15 Apreldə namizədlər qeydiyyatdan keçmək üçün sənədlərini Daxili İşlər Nazirliyinə təqdim ediblər. Prezidentliyə namizədlərin adları aprelin 26-da açıqlanacaq.
Son məlumata əsasən, prezidentliyə namizəd olaraq qeydiyyatdan keçmək üçün 300 nəfər sənədlərini Daxili İşlər Nazirliyinə təqdim edib.
Oxşar xəbərlər

Şou-biznes

Kriminal
«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Ən çox oxunan / Ən son əlavə edilən
  1. FAIQ ƏHMƏDOVU ZORLAMADA İTTAHAM EDƏN QADIN HƏBS OLUNDU
  2. Zəhra qızıma təbrik!
  3. Yasamal rayonu 286 saylı məktəbdə " Ağla, qərənfil, ağla" adlı tədbir keçirilib.
  4. TQDK növbəti SAT imtahanı keçirəcək
  5. 150 ballıq tələbə təhsilə necə başağrısı olurdu...
  6. Alimlər məktəblərdə nümunəvi dərslər keçəcəklər
  7. Bu gün realtv.az-nin təsisçisi Lumu Aydin xanımın ad günüdü
  8. Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən çıxardı
  9. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir?
  10. Azərbaycanda orqan transplantasiyası üçün xüsusi klinikalar yaradılacaq
  11. Dövlət hesabına 4 milyon dərslik çap edilib
  12. Həsən Ruhani: "Astara-Astara dəmir yolunun birləşdirilməsi İran-Azərbaycan münasibətlərində yeni səhifə açacaq"
  13. Alimlər insan beyni hazırladı
  14. Gələcək nəsil nağd puldan istifadə etməyəcək
  15. Bakıda 25 yaşlı qız zəhərlənib.
  16. İnterpolun axtardığı rus məmur Azərbaycan pasportu ilə tutuldu
Mədəniyyət