» » Prezident İlham Əliyev: İslam dini dostluq dinidir

Prezident İlham Əliyev: İslam dini dostluq dinidir

Prezident İlham Əliyev: İslam dini dostluq dinidir"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 37-ci cildi çapdan çıxıb.

realtv.az AZƏRTAC-a itinadən xəbər verir ki, çoxcildliyin bu cildi Azərbaycan Prezidenti İlham Əliyevin Təzəpir məscid kompleksinin əsaslı yenidənqurma və geniş tikinti işlərindən sonra istifadəyə verilməsi mərasimində iştirakına dair informasiya ilə başlanır.

Bu qeydlərin sərlövhəsinə çıxarılmış fikir dövlətimizin başçısının həmin mərasimdəki nitqindən götürülüb. Prezident deyib: "Əfsuslar olsun ki, bəzi hallarda İslam dini haqqında qəsdən yalan məlumatlar yayılır, islamofobiya siyasəti aparılır. Bu gün dünyada dinlərarası dialoqdan çox danışılır və buna böyük ehtiyac vardır. Ancaq bəzi hallarda dini ayrı-seçkilik meyilləri də görünür. Biz İslam dininə qarşı aparılan kampaniyanı və əsassız ittihamları rədd edirik. İslam dini dostluq dinidir. İslam dövlətləri arasında çox geniş mənada əməkdaşlığa və dostluğa ehtiyac var".

Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələrinin bir ailə kimi yaşadığını qeyd edən Prezident vurğulayıb ki, ölkəmizdə heç vaxt milli və dini zəmində ayrı-seçkilik olmayıb, yoxdur və olmayacaq.

Çoxcildliyin bu nəşrinə daxil olan materiallar 2009-cu ilin iyulundan sentyabrınadək olan dövrü əhatə edir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu kitabda dövlətimizin başçısının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına, Rumıniyaya, Rusiya Federasiyasına, Qazaxıstana səfərlərinə, habelə Suriya və Latviya prezidentlərinin Bakıya səfərləri zamanı bu ölkələrin dövlət və hökumət başçıları ilə danışıqlarına, mətbuata bəyanatlarına, imzalanan sənədlərə dair materiallar toplanıb.

Nəşrin bu cildinə Azərbaycan Prezidentinin ölkəmizə səfər etmiş Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, İsveç, Çexiya, Almaniya, Türkiyə, Belarus və digər dövlətlərin, ATƏT, Avropa İttifaqı, TÜRKSOY təşkilatlarının, xarici şirkətlərin yüksək vəzifəli şəxslərini qəbul etməsinə dair materiallar, habelə dövlətimizin başçısının məktubları daxil edilib.

Azərbaycan Prezidenti bütün görüş və danışıqlarında Ermənistanın işğalçılıq siyasətini önə çəkib, dünya ictimaiyyətini Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində həllinə dəstək olmağa çağırıb.

Bu cilddə, həmçinin Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında giriş və yekun nitqləri, Naxçıvan Muxtar Respublikasına, Hacıqabul, Quba, Qusar rayonlarına səfərlərinə, bölgələrdə ictimaiyyət nümayəndələri ilə görüşlərinə, təhsil, səhiyyə və sənaye müəssisələrinin, infrastruktur obyektlərinin açılışında iştirakına, paytaxtımızda aparılan abadlıq-quruculuq işləri ilə tanışlığına dair informasiyalar yer alıb.

Kitaba "Qeydlər", "Şəxsi adlar", "Coğrafi adlar" göstəriciləri daxil edilib.

"Azərnəşr" tərəfindən buraxılan 37-ci cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Oxşar xəbərlər

Şou-biznes

Kriminal
«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Ən çox oxunan / Ən son əlavə edilən
  1. FAIQ ƏHMƏDOVU ZORLAMADA İTTAHAM EDƏN QADIN HƏBS OLUNDU
  2. Zəhra qızıma təbrik!
  3. Yasamal rayonu 286 saylı məktəbdə " Ağla, qərənfil, ağla" adlı tədbir keçirilib.
  4. TQDK növbəti SAT imtahanı keçirəcək
  5. 150 ballıq tələbə təhsilə necə başağrısı olurdu...
  6. Alimlər məktəblərdə nümunəvi dərslər keçəcəklər
  7. Bu gün realtv.az-nin təsisçisi Lumu Aydin xanımın ad günüdü
  8. Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən çıxardı
  9. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir?
  10. Azərbaycanda orqan transplantasiyası üçün xüsusi klinikalar yaradılacaq
  11. Dövlət hesabına 4 milyon dərslik çap edilib
  12. Həsən Ruhani: "Astara-Astara dəmir yolunun birləşdirilməsi İran-Azərbaycan münasibətlərində yeni səhifə açacaq"
  13. Alimlər insan beyni hazırladı
  14. Gələcək nəsil nağd puldan istifadə etməyəcək
  15. Bakıda 25 yaşlı qız zəhərlənib.
  16. İnterpolun axtardığı rus məmur Azərbaycan pasportu ilə tutuldu
Mədəniyyət