» » Nazir: "Bakı Şopinq Festivalının mədəni proqramı çox zəngin olacaq"

Nazir: "Bakı Şopinq Festivalının mədəni proqramı çox zəngin olacaq"

Nazir: "Bakı Şopinq Festivalının mədəni proqramı çox zəngin olacaq""Bakıda ilk dəfə keçirilən Şopinq festivalın açılış mərasimi çərçivəsində Azərbaycan Dövlət Rəqs ansamblı yeni layihə ilə çıxış edəcək".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, festival çərçivəsində ansamblın yeni proqramı təqdim olunacaq: "Bu proqram üzərində bir neçə müddətdir ki, yeni kollektiv çalışır. Azərbaycanın rəqs xəzinəsindən bəzi rəqslər bərpa olundu. Bu gecə xüsusilə onunla əlamətdardır ki, Azərbaycan rəqs ansamblını canlı orkestr müşayiət edəcək. Bununla da biz silsilə olaraq Şopinq festivalın mədəni proqramını açırıq. Mədəni proqram çox zəngin olacaq. Həm xaricdən qonaqlarımız olacaq, həm də bütün ticarət mərkəzlərində xüsusi əyləncə proqramı təşkil olunacaq".

Nazir qeyd edib ki, festival çərçivəsində bir sıra beynəlxalq tədbirlər keçiriləcək: "Şopinq Festivalı müddətində eyni zamanda Rastropoviç festivalı, dünya forumları keçiriləcək və bu tədbirlərə gələcək qonaqların festivalın imkanlarından faydalanmasını biz səbirsizliklə gözləyirik".

Qeyd edək ki, hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək keçiriləcək. Növbəti festivalın keçirilməsi bu ilin oktyabrına nəzərdə tutulub. Azərbaycan Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib.
Oxşar xəbərlər

Şou-biznes

Kriminal
«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Ən çox oxunan / Ən son əlavə edilən
  1. FAIQ ƏHMƏDOVU ZORLAMADA İTTAHAM EDƏN QADIN HƏBS OLUNDU
  2. Zəhra qızıma təbrik!
  3. Yasamal rayonu 286 saylı məktəbdə " Ağla, qərənfil, ağla" adlı tədbir keçirilib.
  4. TQDK növbəti SAT imtahanı keçirəcək
  5. 150 ballıq tələbə təhsilə necə başağrısı olurdu...
  6. Alimlər məktəblərdə nümunəvi dərslər keçəcəklər
  7. Bu gün realtv.az-nin təsisçisi Lumu Aydin xanımın ad günüdü
  8. Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən çıxardı
  9. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir?
  10. Azərbaycanda orqan transplantasiyası üçün xüsusi klinikalar yaradılacaq
  11. Dövlət hesabına 4 milyon dərslik çap edilib
  12. Həsən Ruhani: "Astara-Astara dəmir yolunun birləşdirilməsi İran-Azərbaycan münasibətlərində yeni səhifə açacaq"
  13. Alimlər insan beyni hazırladı
  14. Gələcək nəsil nağd puldan istifadə etməyəcək
  15. Bakıda 25 yaşlı qız zəhərlənib.
  16. İnterpolun axtardığı rus məmur Azərbaycan pasportu ilə tutuldu
Mədəniyyət