» » Azərbaycan Prezidenti: "2017-ci il ölkəmiz üçün daha uğurlu olacaq"s

Azərbaycan Prezidenti: "2017-ci il ölkəmiz üçün daha uğurlu olacaq"s

Azərbaycan Prezidenti: "2017-ci il ölkəmiz üçün daha uğurlu olacaq"s"2017-ci il yaxşı başlayır, yaxşı nəticələr var. Çalışmalıyıq ki, il ərzində bu dinamikanı saxlayaq və 2017-ci ili də uğurla başa vuraq".

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Prezident İlham Əliyev bu fikirləri Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Dövlətimizin başçısı qeyd edib: "Önəmli məsələlərdən biri təbii ki, makroiqtisadi sabitlikdir. Bu makroiqtisadi sabitliyi möhkəmləndirməliyik. Süni qiymət artımına yol verilməməlidir. İstehlak qiymətlərinə daim diqqət göstərilməlidir, bu, nəzarət altında olmalıdır. Hesab edirəm ki, bütövlükdə makroiqtisadi sabitlik baxımından 2017-ci il əvvəlki illərlə müqayisədə daha uğurlu olacaqdır. Bunu deməyə kifayət qədər əsaslar var. Bu istiqamətdə düşünülmüş və çox çevik siyasət aparılmalıdır".

Azərbaycan Prezidenti vurğulayıb ki, dövlət büdcəsinin icrası da uğurla gedir: "Həm gömrük, həm vergi orqanları rüblük planı artıqlaması ilə yerinə yetiriblər. Bu, yaxşı haldır. Eyni zamanda, büdcə xərcləri də 100 faiz icra edilməlidir. Çünki əvvəlki illərdə bəzi hallarda investisiya xərclərində nəzərdə tutulan vəsaitdən tam istifadə edilmirdi. Bu il isə həm qəbul edilmiş pul proqramı, eyni zamanda, xərclərlə gəlirlər arasındakı tarazlıq tam təmin edilməlidir. Builki investisiya proqramı kifayət qədər təsirli olmalıdır. Bu gün ölkə üçün ən lazımlı layihələrə kifayət qədər vəsait ayrılır və birinci rübdə işlər yaxşı gedir. Gərək investisiya proqramı tam şəkildə icra edilsin".
Oxşar xəbərlər

Şou-biznes

Kriminal
«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Ən çox oxunan / Ən son əlavə edilən
  1. FAIQ ƏHMƏDOVU ZORLAMADA İTTAHAM EDƏN QADIN HƏBS OLUNDU
  2. Zəhra qızıma təbrik!
  3. Yasamal rayonu 286 saylı məktəbdə " Ağla, qərənfil, ağla" adlı tədbir keçirilib.
  4. TQDK növbəti SAT imtahanı keçirəcək
  5. 150 ballıq tələbə təhsilə necə başağrısı olurdu...
  6. Alimlər məktəblərdə nümunəvi dərslər keçəcəklər
  7. Bu gün realtv.az-nin təsisçisi Lumu Aydin xanımın ad günüdü
  8. Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən çıxardı
  9. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir?
  10. Azərbaycanda orqan transplantasiyası üçün xüsusi klinikalar yaradılacaq
  11. Dövlət hesabına 4 milyon dərslik çap edilib
  12. Həsən Ruhani: "Astara-Astara dəmir yolunun birləşdirilməsi İran-Azərbaycan münasibətlərində yeni səhifə açacaq"
  13. Alimlər insan beyni hazırladı
  14. Gələcək nəsil nağd puldan istifadə etməyəcək
  15. Bakıda 25 yaşlı qız zəhərlənib.
  16. İnterpolun axtardığı rus məmur Azərbaycan pasportu ilə tutuldu
Mədəniyyət