» » Podaqradan əziyyət çəkirsinizsə...

Podaqradan əziyyət çəkirsinizsə...

Podaqradan əziyyət çəkirsinizsə...realtv.az Saglamolun.az saytına istinadən bildirir ki, Podaqra maddələr mübadiləsi sisteminin xəstəliyidir. Bu xəstəlik zamanı oynaqlarda və müxtəlif toxumalarda urat duzları yığılır ki, bu da iltihaba və güclü ağrılara səbəb olur.

Zee News xəbər verir ki, Hindistan alimləri podaqra zamanı ağrıları və iltihabları azaldan vasitə aşkar ediblər. Eksperimentlər göstərib ki, qidalı liflərlə zəngin olan pəhriz xəstələrdə podaqranın simptomlarını azaldır.

Alimlərin fikrinə görə, qidalı liflər mədə-bağırsaq sistemində bəzi bakteriyaların aktivliyini artırır ki, bu bakteriyalar da iltihabın və iltihabla bağlı olan ağrıların azalmasına kömək edir.

Alimlər əmindir ki, qidalı liflərlə zəngin olan pəhriz həmçinin artrit xəstəliyi zamanı da faydalı ola bilər.

Sizə qidalı liflərlə zəngin olan məhsulları təqdim edirik:

- buğda kəpəyi

- kətan toxumu

- quru meyvələr (xüsusilə əncir, ərik, qara qavalı qurusu)

- paxlalar (lobya, noxud, mərci və s.)

- tamdənli çörək

- meyvələr, giləmeyvələr

- tərəvəzlər

- sıyıqlar (yulaf, arpa və s.).

Lakin onu da nəzərə almaq lazımdır ki, qidalı liflərlə zəngin olan məhsulların çoxlu miqdarda qəbulu qarında ağrılara, köpə səbəb ola bilər.
Oxşar xəbərlər

Şou-biznes

Kriminal
«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Ən çox oxunan / Ən son əlavə edilən
  1. FAIQ ƏHMƏDOVU ZORLAMADA İTTAHAM EDƏN QADIN HƏBS OLUNDU
  2. Zəhra qızıma təbrik!
  3. Yasamal rayonu 286 saylı məktəbdə " Ağla, qərənfil, ağla" adlı tədbir keçirilib.
  4. TQDK növbəti SAT imtahanı keçirəcək
  5. 150 ballıq tələbə təhsilə necə başağrısı olurdu...
  6. Alimlər məktəblərdə nümunəvi dərslər keçəcəklər
  7. Bu gün realtv.az-nin təsisçisi Lumu Aydin xanımın ad günüdü
  8. Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən çıxardı
  9. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir?
  10. Azərbaycanda orqan transplantasiyası üçün xüsusi klinikalar yaradılacaq
  11. Dövlət hesabına 4 milyon dərslik çap edilib
  12. Həsən Ruhani: "Astara-Astara dəmir yolunun birləşdirilməsi İran-Azərbaycan münasibətlərində yeni səhifə açacaq"
  13. Alimlər insan beyni hazırladı
  14. Gələcək nəsil nağd puldan istifadə etməyəcək
  15. Bakıda 25 yaşlı qız zəhərlənib.
  16. İnterpolun axtardığı rus məmur Azərbaycan pasportu ilə tutuldu
Mədəniyyət