Главная > gundem, dunya > Təyyarə qəzasında ölənlərdən 21-i jurnalistdir

Təyyarə qəzasında ölənlərdən 21-i jurnalistdir


29-11-2016, 20:07. Разместил: realtv
Təyyarə qəzasında ölənlərdən 21-i jurnalistdirKolumbiyada bu gün baş verən təyyarə qəzasında ölənlərdən 21-i jurnalistdir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Braziliya Milli Jurnalistlər Federasiyasının yaydığı açıqlamada bildirilir.
“Ölən jurnalistlərin əksəriyyəti Rio-de-Janeyro, Santa Katarina və San Pauludandır, matçı işıqlandıracaq TV, radio və qəzetləri təmsil edən idman jurnalistikasının peşəkarları həlak olub”, - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, göyərtəsində Kolumbiyanın “Atletiko Nasional” klubu ilə oyuna yollanan Braziliyanın “Şapekoense” futbol komandasının olduğu təyyarənin qəzaya uğraması nəticəsində 75 nəfər ölüb, 6 nəfər sağ qalıb. Sağ qalanlardan üçü futbolçudur.
Вернуться назад