Главная > gundem, dunya > Obama Fidel Kastronun dəfn mərasimində iştirak etməyəcək

Obama Fidel Kastronun dəfn mərasimində iştirak etməyəcək


28-11-2016, 19:57. Разместил: realtv
Obama Fidel Kastronun dəfn mərasimində iştirak etməyəcəkABŞ prezidenti Barak Obama Fidel Kastronun dəfn mərasimində iştirak etmək üçün Kubaya səfər etməyəcək.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin mətbuat Coş Ernest bəyan edib.

"Prezident Barak Obama və vitse-prezident Co Bayden dəfn mərasimində iştirak etməyəcək. O ki qaldı dövlət katibi Con Kerriyə, bunu da təsdiq edə bilmərəm. Əgər ABŞ nümayəndə heyəti Kubaya göndərilsə, bununla bağlı əlavə açıqlama veriləcək", deyə C.Ernest qeyd edib.
Вернуться назад