Главная > medeniyyet > Azərbaycanın görkəmli alimi Lütfi Zadə daha bir medal aldı

Azərbaycanın görkəmli alimi Lütfi Zadə daha bir medal aldı


9-09-2016, 12:11. Разместил: realtv
Azərbaycanın görkəmli alimi Lütfi Zadə daha bir medal aldıABŞ-ın nüfuzlu Berkli Universitetində sentyabrın 7-də dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadəyə həsr olunan mərasim keçirilib.

realtv.az Trend-ə istinadən bildirir ki, mərasimdə AMEA-nın qərarı ilə Lütfi Zadənin təltif olunduğu Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl Medal Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev tərəfindən dünya şöhrətli alimə təqdim olunub.

Tədbirdə çıxış edən baş konsul Nəsimi Ağayev bildirib ki, professor Lütfi Zadə öz elmi nailiyyətləri və dünya tərəqqisinə verdiyi töhfələri ilə sadəcə Azərbaycan və ya ABŞ-ın deyil, bütün bəşəriyyətin dəyərli təmsilçilərindəndir. Baş konsul, çıxışının sonunda AMEA-nın prezidenti, akademik Akif Əlizadə tərəfindən mərasim münasibətilə professor L.Zadəyə ünvanlanmış təbrik məktubunu oxuyaraq, qızıl medalı təntənəli surətdə dünya şöhrətli alimə təqdim edib.
Вернуться назад